İnsan sağlamlığına təhlükə törədən qidaların reyestri yaradılacaq

İnsan sağlamlığına təhlükə törədən qidaların reyestri yaradılacaq

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarını imzalayıb.
Qərar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi daşıyır.
Sənədə əsasən, “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası” təsdiq edilib.
Qaydalarda bildirilib ki, bu sənəd “Qida təhlükəsizliyi haqqında” Qanunun 10.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestrinin aparılması qaydasını müəyyən edir.
Reyestr insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının qorunması üçün qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə məlumatların vahid mənbədə toplanması, emalı, axtarışı, təhlili, ötürülməsi və istifadəçilərin məlumatlandırılması məqsədilə aparılacaq.
Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan reyestrdəki məlumatlar istifadəçilər üçün açıq olacaq, ondan istifadə və məlumatların əldə edilməsi ödənişsiz olacaq.
Reyestrin aparılmasını təmin edən, reyestr üzərində sahiblik və istifadə hüququnu, onun operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidir.
İstifadə rahatlığı, funksionallıq və davamlı inkişaf, operativlik, sərbəstlik, şəffaflıq prinsipləri əsasında fəaliyyət göstərən Reyestrə qida məhsulunun adı, onun qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) zərərinin təsvirinə və sübutuna dair məlumat, qida təhlükəsizliyi göstəricisi və onun qida məhsulunu təhlükəli edən həddi, qadağan olunmuş inqrediyentin adı, istinad edilən texniki normativ hüquqi aktların rekvizitləri, təhlükəli qida məhsulları barədə məlumatlar daxil edilir.
Reyestrdəki məlumatlar istinad üçün rəsmi mənbə hesab olunur.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova