Koronavirusla mübarizəyə dəstək üçün Kubadan növbəti həkim briqadası gəlib
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Kubadan Azərbaycana 120 həkimdən ibarət növbəti həkim briqadası gətirilib. Qrupun rəhbəri Dalsi Torres Avila Kubadan ölkəmizə 115 həkimdən ibarət ilk briqadanın bu ilin iyul ayında gəldiyini xatırladıb və hazırda burada fəaliyyət göstərdiyini bildirib. Azərbaycan hökumətinin dəvəti ilə gələn yeni həkim briqadası isə növbəti 3 ay ərzində Abşeron rayonundakı modul tipli xəstəxanada yerli mütəxəssislərə dəstək məqsədilə pandemiyaya qarşı mübarizə26-11-2020, 13:07




