Respublika Diaqnostika Mərkəzində insultun müalicəsi üzrə vebinar keçirilib
Respublika Diaqnostika Mərkəzində (RDM) ikigünlük “İnsult menecmenti üzrə təlim” virtual kursu keçirilib.
Ölkəmizdə müasir insult mərkəzlərinin yaradılması məqsədilə təşkil olunan vebinarda RDM-in İntervensional radiologiya və şüa diaqnostikası şöbəsinin müdiri, professor Ahmet Memiş çıxış edib.
Təlimdə həmçinin Kazan Dövlət Tibb Universitetinin Nevrologiya, neyrocərrahiyyə və tibbi genetika kafedrasının müdiri, professor Eduard Yaqubov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov, Eskişehir Osmanqazi Universiteti İnsult Mərkəzinin uzmanı Zaur Mehdiyev və başqaları mövzu ilə bağlı fikirlərini paylaşıblar.
Onlayn tədbir zamanı kəskin insultun ən müasir müalicə üsulu hesab edilən və beynin bərpasını ən tez zamanda həyata keçirən endovaskulyar trombektomiya mövzusunda müzakirələr aparılıb, radioloqlar öz təcrübələrini nevropatoloqlarla bölüşüblər.