Mövsümi qrip əleyhinə peyvəndləmə dövlət tibb müəssisələrində pulsuz aparılır

Mövsümi qrip əleyhinə peyvəndləmə dövlət tibb müəssisələrində pulsuz aparılır

Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova onlayn müsahibə verərək, hazırda olduqca aktual olan mövsümi qripə qarşı peyvənd mövzusu ətrafında danışıb.
Onun sözlərinə görə, payız-qış mövsümünün gəlməsi ilə əlaqədar havalar soyuyur, immunitet zəifləyir: "Bu dövrdə orqanizmin immun statusunu yüksək səviyyədə saxlamaq üçün bir sıra sadə üsullar var. Belə ki, qida rasionuna bol vitaminli meyvə-tərəvəz daxil etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq kimi adi qaydalara riayət etmək tövsiyə olunur. Bundan başqa, müxtəlif respirator xəstəliklərdən qorunmaq üçün tibbi maskalardan və spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə etmək, kütləvi tədbirlərdə iştirakdan çəkinmək, fiziki məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir".
Nəzifə Mürsəlova bildirib ki, istənilən xəstəliyin qarşısını almaq xəstəliyə yoluxub, sonradan ondan müalicə olunmaqdan daha əlverişlidir. Məhz bu səbəbdən ölkədə bir sıra yoluxucu respirator xəstəliklərə, o cümlədən mövsümi qripə qarşı peyvəndləmə aparılır.
Onun fikrinə görə, hətta immun sistemi olduqca güclü olan insanlar belə, ildə ən azı bir dəfə qripə yoluxurlar. Nazirlik rəsmisi deyib ki, bu xəstəlikdən qorunmaq üçün Azərbaycanda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb: “Məlum olduğu kimi, oktyabr ayının 12-dən etibarən Səhiyyə Nazirliyinin müvafiq əmri ilə ölkəmizdə müəyyən əhali qrupları arasında mövsümi qripə qarşı peyvənd kampaniyasına start verilib. Bu kampaniya çərçivəsində tibb işçiləri, hamilə qadınlar, tənəffüs yollarının xroniki xəstəliklərindən əziyyət çəkən böyüklər və 6 aylıqdan yuxarı uşaqlar peyvənd edilirlər. Bu qəbildən olan və qripə qarşı peyvəndlənmək istəyən hər kəs yaşayış yeri üzrə ambulator-poliklinik tibb müəssisəsinə müraciət edib, vaksinasiya oluna bilər”.
İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova onu da qeyd edib ki, mövsümi qrip əleyhinə peyvənd edilmə dövlət tibb müəssisələrində tamamilə pulsuz aparılır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova