Yenidoğulmuşlara keyfiyyətli tibbi yardım üzrə təlim

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) yenidoğulmuşların reanimasiyası üzrə təcrübi təlim kursları keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, kurs Amerikanın Pediatrik Akademiyası və Amerika Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış Perinatal yardıma dair təlim proqramı əsasında təşkil olunub. İstanbul Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasında “Neonatal reanimasiya” proqramı üzrə kurs keçmiş

31-07-2018, 12:05

Azərbaycan ilə ÜST arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdə səfərdə olan Baş direktoru Tedros Adhanom Gebreyesus ilə görüşüb. Nazir Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığı müsbət qiymətləndirib. O, Tedros Adhanom Gebreyesusun ÜST-nin Baş direktoru vəzifəsinə seçilməsindən sonra təşkilat qarşısında müəyyənləşdirdiyi “hamı üçün səhiyyə, qadın və uşaqların

31-07-2018, 12:03

Azərbaycan ÜST ilə əməkdaşlığın daha da inkişafında maraqlıdır

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakıda səfərdə olan Baş direktoru Tedros Adhanom Gebreyesus ilə görüşüb. Əli Əhmədov vurğulayıb ki, Azərbaycan hökuməti ÜST ilə mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsində, əlaqələrin möhkəmləndirilməsi üçün konkret praktiki addımların atılmasında maraqlıdır. Azərbaycanın səhiyyə

31-07-2018, 12:02

Səhiyyə üzrə yeni sənədlər qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu imzalayıb. Yeni sənədə əsasən, Qanunun 23-cü maddəsində və 39-cu maddənin on altıncı abzasında sadalanan məktəbəqədər uşaq tərbiyə müəssisələri, yeniyetmə müəssisələri, orta məktəblər, texniki peşə məktəbləri ümumiləşdirilərək, “təhsil müəssisələri” sözləri ilə əvəz edilib. Dövlət başçısının yeni

31-07-2018, 11:59

ÜST Baş direktoru Milli Onkologiya Mərkəzində olub

Ölkəmizdə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Milli Onkologiya Mərkəzində (MOM) olub, Mərkəzin baş direktoru, akademik Cəmil Əliyevlə görüşüb. ÜST-nin Baş direktoru və onu müşayiət edən şəxslər MOM-un Uşaq Onkoloji Klinikasında şüa terapiyası, reanimasiya və intensiv terapiya şöbələrinə baş çəkiblər. Onlar xəstələrin müalicəsində tətbiq edilən müasir avadanlıqla tanış olub, müalicə prosesini izləyiblər. Görüşdə akademik Cəmil Əliyev

31-07-2018, 11:26

Səhiyyə sahəsində Azərbaycan – İran əməkdaşlığı məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyində İran İslam Respublikasının ölkəmizdə səfərdə olan səhiyyə və tibbi təhsil naziri Həsən Qazizadə Haşimi və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. İki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi yollarını araşdırmaq məqsədi daşıyan görüşdə həmçinin Azərbaycanda əczaçılıq sənayesi sahəsinin inkişaf etdirilməsi üçün İranın təcrübəsindən istifadə məsələləri müzakirə olunub. Səhiyyə naziri Oqtay

31-07-2018, 11:23

Azərbaycan hökuməti ilə Ümumdünya Səhiyyə Təşkilatı birgə bəyanat imzalayıblar

Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində səhiyyə islahatları” mövzusunda konfransı keçirilib. Ölkəmizdə rəsmi səfərdə olan ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanın Milli Əlaqələndirmə Şurasının üzvləri, habelə beynəlxalq təşkilatların nümayəndələri tədbirdə iştirak ediblər. Konfransda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya

31-07-2018, 11:14

Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri təşkil olunur, orada vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır, onların müsbət həlli istiqamətində tədbirlər görülür. Tərtib edilmiş cədvələ uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyevin bu qəbildən növbəti qəbul günü Oğuz Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Nazir Oğuz, Şəki, İsmayıllı və Qəbələ rayonlarından olan

31-07-2018, 11:12

Müasir pediatrik cərrahiyyə problemləri müzakirə olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Türkiyənin qabaqcıl səhiyyə qurumlarından olan “Acıbadem Sağlıq Qrupu” ilə ATU-nun I Cərrahi xəstəliklər kafedrasının birgə təşkilatçılığı ilə müasir pediatrik cərrahiyyənin aktual problemlərinə həsr olunmuş seminar keçirilib. Tədbiri klinikanın direktoru, professor Surxay Hadıyev açaraq, həkimlərin bilik səviyyəsinin artırılmasında bu seminarın əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb. Acıbadem

30-06-2018, 13:19

Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yeni inşa edilmiş Respublika Narkoloji Mərkəzinin açılışı olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 300 çarpayılıq dördkorpuslu müəssisə Bakının Sabunçu rayonunda yerləşir. Respublika Narkoloji Mərkəzinin tikintisinə 2012-ci ildə başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. 1,9 hektar ərazidə inşa olunan Mərkəz ən yüksək standartlara cavab verən tibbi avadanlıq və lazımi

30-06-2018, 13:17




Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova