Cəbhə bölgəsində uşaqların müayinəsi aksiyası təşkil edilib

Cəbhə bölgəsində uşaqların müayinəsi aksiyası təşkil edilib
Azərbaycan Pediatrlar Assosiasiyası Ağdam rayonu istiqamətində “Dörd yol ayrıcı” adlanan ərazidə yaşayan uşaqlar üçün humanitar müayinə aksiyası keçirib.
Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Oftalmoloqlar Cəmiyyətinin nümayəndələrinin yaxından iştirakı ilə baş tutan aksiyanın əsas məqsədi həmin ərazidə məskunlaşmağa məcbur olmuş uşaqlar və ailə üzvlərinə yardım göstərmək, onların müayinə və müalicəsini təşkil etməkdən ibarət olub.
Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə Namazovanın başçılıq etdiyi, pediatr, uşaq oftalmoloq, stomatoloq və nevropatoloqlarından ibarət 24 nəfərlik həkim briqadası həmin bölgədə yaşayan hər bir uşağı kompleks tibbi müayinədən keçirib, problemi aşkarlanan azyaşlılara müalicə təyin edib, valideynlərə müvafiq məsləhətlər veriblər. Müayinədən keçirilən uşaqların bəziləri ölkəmizin ixtisaslaşmış tibb mərkəzlərinə yönləndiriliblər.
Ümumilikdə aksiyada Ağdamın 18 kəndindən olan 1000-ə yaxın məcburi köçkün iştirak edib. 325 uşaq ödənişsiz olaraq kompleks müayinədən keçirilib. Eyni zamanda, stomatoloqlar tərəfindən 95 uşağın ağız boşluğunun müayinəsi və sanasiyası aparılıb. Məcburi köçkün ailələrinin uşaqlarına hədiyyələr təqdim olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova