Çikaqo Universitetinin professoru Bakıda seminarlar keçirib

Çikaqo Universitetinin professoru Bakıda seminarlar keçirib
Azərbaycan Tibb Universitetinin geniş beynəlxalq münasibətləri çərçivəsində ABŞ-ın Çikaqo Universitetinin professoru, Amerika İmmunoloqlar Assosiasiyasının və Amerika Mikrobiologiya Cəmiyyətlərinin üzvü Nadim Fazal universitetin müəllimləri üçün müxtəlif mövzularda seminarlar keçirib. Tanınmış mütəxəssis N.Fazalın “Müəllimlərin dərs demək fəlsəfəsi”, “Kurikulumun xəritəsi”, “Müəllimlərin tələbələri öyrətmə üsulları” mövzularında etdiyi geniş və əhatəli çıxışları dinləyiçilər tərəfindən maraqla qarşılanıb.
“Müasir tibbi təhsil” mövzusundakı növbəti seminarda inkişaf etmiş ölkələrin ali tibb təhsili müəssisələrində tədris zamanı tibbi yeniliklərin nəzəriyyə və təcrübədə necə öyrədilməsi, hansı mərhələlərlə həyata keçirilməsi məsələlərinə geniş toxunulub. Müəllimlərin bu yenilikləri tələbələrə çatdırması üsulları barədə professorun səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Nadim Fazal çıxışlarında müasir üsullarla tədrisin təşkilindən, inkişaf etmiş ölkələrin ali təhsil müəssisələrində tətbiq olunan qaydalardan və özünün qazandığı çoxillik təcrübədən danışıb, konkret nümunələr göstərib.
Yekunda seminarların aktiv iştirakçılarına sertifikatlar verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova