Hans Klüge: "Üçqat ekoloji böhran erkən ölümə səbəb olur"

Hans Klüge: "Üçqat ekoloji böhran erkən ölümə səbəb olur"

Hər il Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunun təxminən 1,4 milyon sakini ekoloji problemlərlə bağlı səbəblərdən həyatla vidalaşır.
Onların yarısının ölümünə səbəb havanın çirklənməsi olur. Bu ölüm hallarının qarşısını almaq mümkündür.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə ÜST-nin Avropa bürosunun başçısı Hans Klüge Budapeştdə keçirilən tematik konfransda çıxışında bəyan edib.
Forumda Avropa və Mərkəzi Asiyanın 46 ölkəsindən, eləcə də vətəndaş cəmiyyətləri və gənclər təşkilatlarından olan təmsilçilər toplanıb. Məqsəd özündə üçqat ekoloji böhranı – iqlim dəyişməsi, ətraf mühitin çirkləndirilməsi və biomüxtəlifliyin itirilməsini təmsil edən eksiztensional təhlükəyə qarşı mübarizədə inkişafı aktivləşdirməkdir.
“Ötən il Avropada bütün müşahidələr tarixi ərzində ən isti yay ayında ekstremal istilər ucbatından 20 mindən çox insan həyatını itirdi. Regionun 77 milyon sakini üçün içməli su hələ də əlçatan deyil”, - deyə H.Klüge xatırladıb.
Onun sözlərinə görə, bu problemlərin həlli istiqamətində irəliləyiş kifayət qədər sürətli templərlə getmir, bu isə 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində hədəflərə nail olmanı təhlükə altına alır. ÜST-nin Avropa bürosunun başçısı bütün tərəfləri səyləri gücləndirməyə səsləyərək deyib: “Hökumətlər hərəkətə keçməlidir. Tərəfdaşlar hərəkətə keçməlidir. Hər birimiz hərəkətə keçməliyik”.
H.Klüge bu və digər problemlərin həllinə Avropa regionu əhalisinin üçdəbirini təşkil edən gəncləri cəlb etməyə çağırıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova