F.B.Allahverdiyevə “Əməkdar həkim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında Dövlət Sərhəd Xidmətinin səhiyyə sahəsinin inkişafındakı xidmətlərinə görə Fərman Bəhman oğlu Allahverdiyevə Azərbaycan Respublikasının “Əməkdar həkim” fəxri adı verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 avqust 2016-cı il.31-08-2016, 10:37




