Səhiyyə nazirinin səyyar qəbul günləri keçirilib

Səhiyyə nazirinin səyyar qəbul günləri keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
Səyyar qəbul günləri cədvəlinə uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyev İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlarla görüşüb.
Qəbul zamanı İsmayıllı, Şamaxı, Qobustan və Qəbələ rayonlarında yaşayan 17 vətəndaş sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciət edib.
Səhiyyə nazirinin Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında keçirilən digər səyyar qəbul günündə Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarında yaşayan 16 vətəndaşın müraciətlərinə baxılıb.
Hər iki qəbulda qaldırılan məsələlər Nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Onların bəziləri yerindəcə həllini tapıb, digərləri ilə bağlı müvafiq göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyətli qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova