Heydər Əliyev Fondunun vitse-prezidenti Hematologiya və Transfuziologiya İnstitutunda olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub. Ona müəssisə barədə məlumat verilib ki, 1944-cü ildən fəaliyyət göstərən institut hazırda klinika, Mərkəzi Qan Bankı və Elm bölməsindən ibarətdir. Klinikaya böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir.28-02-2019, 14:25




