Azərbaycan Qlobal Fonda dəstək verəcək

Azərbaycan Qlobal Fonda dəstək verəcək

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AZƏRTAC-ın verdiyi məlumata görə, Fransa Prezidenti onun təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini Azərbaycan Respublikası Prezidentindən xahiş edib.
Prezident İlham Əliyev Fransa Prezidentinin bu təşəbbüsünə öz dəstəyini ifadə edib və Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu söyləyib.
Fransa Prezidenti dəstəyə görə minnətdarlığını bildirib və Fondun bu günlərdə Lionda keçiriləcək konfransında Azərbaycanın dəstəyinin vurğulanacağını qeyd edib.
Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətlərin inkişafı və iki ölkənin prezidentləri arasında gələcək təmaslarla bağlı məsələləri də müzakirə ediblər.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova