Prezident İlham Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılışında iştirak edib
Naftalan şəhərində Naftalan Mərkəzi Sanatoriyası istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlət başçısına sanatoriya haqqında məlumat verilib. 1970-1990-cı illər Naftalanın tarixində dönüş mərhələsi olub. Həmin dövrdə ümummilli lider Heydər Əliyev şəhərin inkişafı və böyük şöhrət qazanması üçün misilsiz xidmətlər göstərib. Belə ki, o illərdə şəhərdə müxtəlif sosial və iqtisadi təyinatlı müəssisələr tikilərək istifadəyə verilib.31-07-2021, 16:24




