Nazirlər Kabinetindən Səhiyyə Nazirliyi ilə bağlı yeni Qərar

Nazirlər Kabineti Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, siyahıya Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi əlavə edilib.

30-09-2024, 10:53

Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. altı ay müddətində: 1.1.1. Naftalan neftinin və ondan hazırlanan preparatların

30-09-2024, 10:44

Dövlət başçısı Kəlbəcərdə “İstisu” Müalicə-İstirahət Kompleksində tikinti işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib. Bildirilib ki, yenidən inşa edilən “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcək. Hazırda Kompleksin ərazisində 145 nömrədən ibarət olan hotel binasının, 10 kottecin və 5

30-09-2024, 10:39

Azərbaycan Səhiyyə Nazirliyi nümayəndə heyətinin Kubaya səfəri

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti Kuba Respublikasında səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyətini Kuba Respublikasının Baş naziri Manuel Marrero Kruz qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Kuba Respublikasının Baş naziri Azərbaycan və Kubanın tarixi milli liderləri arasındakı münasibətlərin xalqlar arasındakı əlaqələrin səviyyəsinə əhəmiyyətli təsirini qeyd edib və bundan məmnunluğunu

30-11-2023, 09:52

“Heydər Əliyev və özəl tibb sektoru”

“Heydər Əliyev İli” çərçivəsində bu mövzuda tədbir keçirilib Səhiyyə Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə “Bakı KOB evi”ndə “Heydər Əliyev və özəl tibb sektoru” mövzusunda tədbir və “Özəl Tibb Müəssisələri Assosiasiyası” ilə görüş keçirilib. Tədbir Azərbaycanda sahibkarlığın inkişafında, o

30-11-2023, 09:44

Azərbaycan Respublikası Nazirlər Kabineti səhiyyə ilə bağlı bir neçə qərar qəbul edib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və antidopinq təminatı Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI “Azərbaycan Respublikası Prezidentinin “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 263

30-11-2023, 09:35

Prezident İlham Əliyev: “Bəzi ölkələrin yürütdüyü “vaksin milliyyətçiliyi” siyasətinə səssiz qalmadıq”

Biz bəzi ölkələrin yürütdüyü “vaksin milliyyətçiliyi” siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Azərbaycan humanist dəyərləri əsas götürərək, əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla, 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul

30-11-2023, 09:26

ÜST rəhbəri: “ÜST Azərbaycan səhiyyəsində aparılan islahatları müsbət qarşılayır”

Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus arasında görüş keçirilib. Görüş Astanada ÜST-nin Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində baş tutub. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Teymur Musayev ölkəmizdə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb və ötən müddət ərzində təşkilatın Azərbaycana göstərdiyi dəstəyinə görə təşəkkürünü

31-10-2023, 16:19

Səhiyyə Nazirliyində ÜST-nin Avropa üzrə regional direktoru ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdə səfərdə olan Avropa üzrə regional direktoru Hans Henri Klügenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa İttifaqında nümayəndəsi Oksana Domenti, ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmançı, ÜST-nin kommunikasiya məsələləri üzrə mütəxəssisi Roy Vaidaya iştirak ediblər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,

31-10-2023, 16:18

Azərbaycan səhiyyə naziri Astanada ikitərəfli görüşlər keçirib

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. O cümlədən, nazir ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat və UNAIDS-nin Asiya-Sakit Okean, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Dəstək Qruplarının direktoru İmonn Merfi ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən məlumat verilir ki, səmimi

31-10-2023, 16:16



Fevral 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova