Azərbaycan Respublikası Nazirlər Kabineti səhiyyə ilə bağlı bir neçə qərar qəbul edib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və antidopinq təminatı Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Azərbaycan Respublikası Prezidentinin “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 263 nömrəli, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 274 nömrəli, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 3 iyul tarixli 606 nömrəli, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli 382 nömrəli, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2011-ci il 20 aprel tarixli 414 nömrəli və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 9 aprel tarixli 606 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 2227 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1073; 2010, № 4, maddə 354; 2014, № 9, maddə 1137; 2016, № 9, maddə 1585; 2017, № 3, maddə 495, № 4, maddə 643; 2020, № 10, maddə 1294; 2021, № 9, maddə 1087; 2022, № 8, maddə 1023; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 sentyabr tarixli 302 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Milli yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və antidopinq təminatı Qaydası”nın 4.6-cı bəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 4 noyabr 2023-cü il
***
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 noyabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibb müəssisələrinin akkreditasiyası Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 896-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 5 iyun tarixli 878 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 25 noyabr tarixli 38 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 2224 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 noyabr tarixli 447 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1391) ilə təsdiq edilmiş “Tibb müəssisələrinin akkreditasiyası Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.3-cü bənddən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə” sözləri çıxarılsın.
2. 1.4-cü bənddən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, digər tibb müəssisələrinə münasibətdə isə” sözləri çıxarılsın.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 7 noyabr 2023-cü il
***
Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının 2.2.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi aşağıdakı kimi müəyyən edilsin:
1.1. dərman vasitəsinin latın qrafikasında əmtəə nişanı adı;
1.2. dərman vasitəsinin ingilis dilində beynəlxalq patentləşdirilməmiş adı;
1.3. dərman vasitəsinin təsiredici maddəsinin dozası;
1.4. dərman vasitəsinin farmasevtik forması;
1.5. dərman vasitəsinin ticarət qablaşdırılması;
1.6. dərman vasitəsinin qablaşdırılma miqdarı;
1.7. dərman vasitəsinin orijinal və ya generik olması;
1.8. dərman vasitəsinin reseptlə və ya reseptsiz buraxılması;
1.9. dərman vasitəsinin qlobal identifikasiya nömrəsi (olduğu halda);
1.10. dərman vasitəsinin dövlət reyestrinə daxil edildiyi tarix və reyestr nömrəsi (olduğu halda);
1.11. dərman vasitəsinin istehsal həcmi;
1.12. dərman vasitəsinin yararlılıq müddəti;
1.13. dərman vasitəsinin istehsalçısının hüquqi şəxslərin dövlət reyestrindəki adı;
1.14. dərman vasitəsinin istehsalçısının VÖEN-i.
2. Azərbaycan Respublikasında istehsal olunan dərman maddələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi aşağıdakı kimi müəyyən edilsin:
2.1. dərman maddəsinin beynəlxalq patentləşdirilməmiş adı;
2.2. dərman maddəsinin qablaşdırılması;
2.3. dərman maddəsinin yararlılıq müddəti;
2.4. dərman maddəsinin istehsal həcmi;
2.5. dərman maddəsinin istehsalçısının hüquqi şəxslərin dövlət reyestrindəki adı;
2.6. dərman maddəsinin istehsalçısının VÖEN-i.
3. Azərbaycan Respublikasında istehsal olunan tibb vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi aşağıdakı kimi müəyyən edilsin:
3.1. tibb vasitəsinin əmtəə nişanının adı;
3.2. tibb vasitəsinin risk dərəcəsi;
3.3. tibb vasitəsinin növü və qablaşdırılması;
3.4. tibb vasitəsinin istifadə forması;
3.5. tibb vasitəsinin tərkibində dərman vasitəsi olduqda bu dərman vasitəsinin təsiredici maddəsi və dozası barədə məlumatlar;
3.6. tibb vasitəsinin yararlılıq müddəti;
3.7. tibb vasitəsinin istehsal həcmi;
3.8. tibb vasitəsinin istehsalçısının hüquqi şəxslərin dövlət reyestrindəki adı;
3.9. tibb vasitəsinin istehsalçısının VÖEN-i.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 27 noyabr 2023-cü il