Dünya Bankı Azərbaycan səhiyyə sistemində aparılan islahatları dəstəkləyir

Dünya Bankı Azərbaycan səhiyyə sistemində aparılan islahatları dəstəkləyir

Səhiyyə Nazirliyində Dünya Bankının ölkəmizdə işgüzar səfərdə olan Avropa və Mərkəzi Asiyanın insan inkişafı üzrə regional direktoru Fadia Saadahla görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycanın Dünya Bankı ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini vurğulayıb: “Səhiyyə sisteminin təkmilləşdirilməsi, xüsusilə də rəqəmsallaşdırılması və insan kapitalının inkişaf etdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Buna görə Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Teymur Musayev qeyd edib ki, son zamanlar Səhiyyə Nazirliyinin Dünya Bankının missiyaları ilə mütəmadi olaraq keçirilən görüşləri əməkdaşlığın inkişaf etməsinə təkan verir.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Fadia Saadah təmsil etdiyi beynəlxalq təşkilatın Azərbaycanla səmərəli əməkdaşlığını vurğulayıb, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildirib. Onun sözlərinə görə, ölkəmizə işgüzar səfərin məqsədi insan kapitalının inkişafı ilə bağlı “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsində Dünya Bankının Azərbaycan hökumətinə göstərdiyi potensial dəstəyin müzakirə edilməsidir.
Görüşdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, eyni zamanda, yeni birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova