Prezident İlham Əliyev Türkiyənin səhiyyə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Kocanı qəbul edib. Fahrettin Koca Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib. Qonaq vurğulayıb ki, Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında sarsılmaz birlik və qardaşlıq əlaqələri, bütün digər

30-09-2022, 10:09

Səhiyyə Nazirliyində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib

2020-ci ildə Vətən müharibəsinin başlandığı gün ölkəmizdə Vətən müharibəsi şəhidlərinin anım günü kimi qeyd olunur. Anım günündə saat 12:00-da, bütün ölkədə olduğu kimi, Səhiyyə Nazirliyinin rəhbərliyi, kollegiya üzvləri və kollektivi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin

30-09-2022, 10:03

Litva səhiyyə nazirinin müavini ilə ATU-da görüş keçirilib

Azərbaycanda səfərdə olan Litva səhiyyə nazirinin müavini xanım Ausra Bilotiene-Motiejuniene və Litvanın ölkəmizdəki səfiri Egidius Navikasla Azərbaycan Tibb Universitetində (ATU) görüş keçirilib. ATU-dan verilən məlumata görə, söhbət zamanı səhiyyə və tibb elmi sahəsində ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf imkanları müzakirə olunub. ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara universitet haqqında geniş məlumat verib. Tədris proqramlarının

30-09-2022, 10:02

Prezident İlham Əliyev Y.Gindes adına sanatoriyanı açdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda professor Y.Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Sanatoriyanın yeni binası Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən inşa olunub. Səhiyyə naziri Teymur Musayev dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, 1914-cü ildən fəaliyyət göstərən professor Y.Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika

30-09-2022, 09:55

Elanlar

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu Nevrologiya bölməsi, kiçik elmi işçi - 2,0 Terapiya bölməsi, böyük elmi işçi - 0,5 Kliniki-neyrofizioloji laboratoriya, kiçik elmi işçi - 1,0 Balneofizioterapiya bölməsi, böyük elmi işçi – 0,5 Ünvan: Xətai pr., 3 Telefon: 496 – 07 – 06 *** Qobustan Rayon Gigiyena və Epidemiologiya Mərkəzi Həkim-epidemioloqun köməkçisi - 1.0 Ünvan: Koroğlu küç. Telefon: (020245) 5 – 28 – 46 *** Göygöl şəhəri Kardiorevmatoloji Sanatoriyası Tibb bacısı (qardaşı) - 8.0

30-09-2022, 09:45

İlkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsi yerli səhiyyə tərəfdaşları ilə müzakirə olunub

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) birgə həyata keçirəcəyi “İlkin səhiyyə xidmətinin gücləndirilməsi” layihəsinin yerli səhiyyə tərəfdaşları ilə müzakirəsi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər səhiyyə qurumlarının, eləcə də BMT-nin

30-09-2022, 09:27

Babək rayonunda yeni həkim ambulatoriyası açılıb

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun böyük yaşayış məntəqələrindən olan Sirab kəndində yeni sosial obyektlər istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, bunların arasında həkim ambulatoriyası da var. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov həkim ambulatoriyasında aparılan təmir işləri ilə maraqlanıb, yaradılan şəraitlə tanış olub. Bildirilib ki, səhiyyə müəssisəsinin dam örtüyü, fasadı və iş

30-09-2022, 09:10

Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 1-ci beynəlxalq konqresi keçirilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti, Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyinin təşkilatçılığı ilə Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 1-ci beynəlxalq konqresi keçirilib. Tədbirdə Azərbaycan, ABŞ, İtaliya, Rusiya Federasiyası, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandan 350-yə yaxın otorinolarinqoloq iştirak edib. Konqresin xarici qonaqları

30-09-2022, 09:09

Ümumdünya Ürək Günü qeyd edilib

Sentyabrın 29-u qlobal miqyasda Ümumdünya Ürək Günü kimi qeyd olunur. Ölkəmizdə də bu gün hər il müxtəlif tədbirlərlə qeyd edilir, ürək-damar xəstəliklərindən qorunmaq üçün əhali arasında geniş təbliğat aparılır. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı, “Marsol” MMC və “Özsüt” restoranlar şəbəkəsinin əməkdaşlığı ilə Ümumdünya Ürək Gününə həsr olunan aksiya keçirilib. Qış parkında təşkil olunan aksiya

30-09-2022, 08:39

ÜST-nin Qiymətləndirmə Missiyası bir sıra səhiyyə və tibb təhsili müəssisələrində olub

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan səhiyyəsində islahatlara dəstək baxımından ehtiyacların qiymətləndirilməsi, ilkin səhiyyə, xəstəxana xidmətləri və tibb işçiləri üçün təlimlər sahəsində dəstəyə ehtiyac olan istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə ölkəmizə göndərdiyi Qiymətləndirmə Missiyası burada bir sıra səhiyyə və tibb təhsili müəssisələrində olub. Ekspertlərdən ibarət nümayəndə heyəti ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ)

30-09-2022, 08:34




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova