Fransada süni surətdə yaradılmış qan hüceyrələrini insana köçürüblər. Söhbət laboratoriyada yetişdirilmiş qırmızı qan hüceyrələrindən gedir. Alimlərin dediklərinə görə, bu, süni qan yaradılması yolunda atılmış ilk əhəmiyyətli addımdır. Parisdə yerləşən Pyer və Mari Küri Universitetində Lük Due və həmkarları əvvəlcə könüllülərin iliyindən qan yaradan hüceyrələri ayıra biliblər. Sonra inkişaf faktorlarından ibarət kokteyldən istifadə etməklə bu hüceyrələrdən qırmızı qan hüceyrələri yaradılıb.
Bu dəfə həmsöhbətim Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermiş adıgözəlovlar nəslinin istedadlı nümayəndələrindəndir. İfaçılıq sənətinin ən mürəkkəb növlərindən birinin mahir bilicisi, Azərbaycan dirijorluq məktəbinin layiqli davamçılarındandır. Zəngin musiqimizi dünyaya tanıtmaq üçün böyük xidmətlər göstərmiş, Rusiya, ABŞ, İspaniya, Avstriya, Belçika, Rumıniya, Türkiyə, Macarıstan və digər ölkələrin aparıcı simfonik orkestrləri ilə əməkdaşlıq etmiş sənətkardır. Müsbət aurası,
Budəfəki həmsöhbətim ötən əsrin çempionu olmuş «Bakılı oğlanlar»dandır. O, uşaqdan böyüyə hər kəsin sevimlisi, yaratdığı obrazlarla insanları eyni anda həm düşündürməyi, həm də güldürməyi bacaran sənət adamıdır. Cəmiyyətdə müşahidə etdiyi çatışmazlıqları hər vasitə ilə göstərməyə və islah etməyə çalışan aktyor, naşir, fotoqraf, karikaturaçıdır… Müsahibim “şən və hazırcavab” Bəhram Bağırzadədir. - Səhhətiniz necədir? - Son illər səhhətimdə müəyyən problemlər yaranır. Bunun səbəbini isə özüm
ABŞ-ın Albert Eynşteyn Universitetinin bir araşdırmasına istinadən yayımlanan xəbərdə bildirilir ki, hər 10 santimetr boy üçün qadınların süd vəzisi, yumurtalıq, böyrək, dəri xərçəngi kimi xəstəliklərə mübtəla olma riski 13 faiz artır. Araşdırmaya klimaks dövründə olan 50-79 yaş arası 140 minə yaxın qadın qatılıb. Bundan öncə isə İngiltərənin Oksford Universitetində aparılan tədqiqatlar nəticəsində boyu 1,52 metrdən hündür insanlarda hər 10 sm-ə görə xərçəng riskinin 16 faiz artdığı
Amerika alimləri yeni doğulmuş körpənin bədəninin kütləsi ilə onun leykemiyaya tutulmaq riski arasında əlaqə aşkar ediblər. Çəkinin artıq olması kəskin limfoblast leykoz (KLL), normadan həm çox, həm də az olması isə kəskin mieloid leykoz (KML) riskini artırır. "International Journal of Cancer" məlumat verir ki, uşaq leykemiyasının ana bətnində başlanmasına dair çoxlu sübutlar var. Mütəxəssislər 16 501 leykemiya, o cümlədən 10 974 KLL və 1 832 KML halını təsvir edən 32 tədqiqatın
Oxucularımızın redaksiyaya ünvanladığı müxtəlif səpkili çoxsaylı sualları nəzərə alaraq, qəzetimizdə “Hüquq məsləhəti” rubrikası açmışıq. Səhiyyə sahəsi ilə bağlı sizi maraqlandıran bütün suallarınızı [email protected] elektron ünvanına göndərib, “Tibb qəzeti” vasitəsilə hüquqi məsləhət ala bilərsiniz. Suallarınızı “MedLEX” ixtisaslaşmış hüquq şirkətinin mütəxəssisləri cavablandırır. “Mən 24 ildir ki, qəsəbə xəstəxanasında sahə həkim-pediatrı işləyirəm. Sahə həkimlik işimə görə mənim əmək
Adətən müsahibələrdə biz qəhrəmanımızı oxuculara ətraflı təqdim edirik. Bugünkü müsahibimizin isə buna ehtiyacı yoxdur, onun təkcə adını çəkmək kifayətdir – Ramiz Fətəliyev. Onun yazdığı ssenarilərə çəkilmiş filmlərə dəfələrlə baxmaq olar. “Altıncı” filminə isə uşaqları bütün siniflə aparırdılar. Bunlar sadəcə portret cizgiləri deyil, yaradıcılıq yolunun məqamlarıdır. Onun şəxsiyyətinin xarakter detalı kimi isə nikotinə hədsiz aludəçiliyini göstərmək olar. Jurnal stolu üstündəki çay süfrəsi
Ученые доказали, что мозг начинает развиваться в раннем детстве, проходит через реорганизацию в юношестве и продолжает свое развитие даже после 40. Еще 10 лет назад специалисты не сомневались в том, что мозг человека перестает физически развиваться еще в раннем детстве. Однако исследователи из Университетского колледжа в Лондоне во главе с профессором Сарой-Джейн Блэкмор опровергли традиционное представление науки. Их исследования показали, что свое развитие мозг продолжает многие десятилетия.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında vətəndaşların qəbulu davam etdirilir. Səhiyyə naziri Oqtay Şirəliyev bu dəfə Saatlı Mərkəzi Rayon Xəstəxanasında həm bu rayonun, həm də İmişli, Beyləqan, Fizuli rayonlarının müraciət etmiş sakinləri ilə görüşüb. Qəbula gələn, şikayət, təklif və fikirlərini nazirə bildirən 40-a yaxın şəxsin müraciətində
Milli Məclisin Sosial Siyasət Komitəsinin iclasında Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunun qüvvəyə minmə müddətinin dəyişdirilməsi, həmçinin Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib. Komitə sədri Hadı Rəcəbli bildirib ki, nikaha girən