Yeni doğulmuş körpənin çəkisi ilə leykemiya arasında əlaqə var

Yeni doğulmuş körpənin çəkisi ilə leykemiya arasında əlaqə var
Amerika alimləri yeni doğulmuş körpənin bədəninin kütləsi ilə onun leykemiyaya tutulmaq riski arasında əlaqə aşkar ediblər. Çəkinin artıq olması kəskin limfoblast leykoz (KLL), normadan həm çox, həm də az olması isə kəskin mieloid leykoz (KML) riskini artırır.
"International Journal of Cancer" məlumat verir ki, uşaq leykemiyasının ana bətnində başlanmasına dair çoxlu sübutlar var.
Mütəxəssislər 16 501 leykemiya, o cümlədən 10 974 KLL və 1 832 KML halını təsvir edən 32 tədqiqatın nəticələrini təhlil ediblər. Məlum olub ki, yeni doğulmuş körpənin çəkisinin artıq olması leykemiya riskini bütövlükdə 35 faiz, KLL riskini 23 faiz, KML riskini isə 40 faiz artırır. Normadan artıq olan hər bir kiloqram xəstəlik riskini 1,18 faiz artırır.
Çəkinin az olması bütövlükdə leykemiya riskinin artması ilə bağlı olmasa da, KML riskini 49 faiz artırır. Körpənin bədəninin kütləsi embrionun inkişafının düzgün gedib-getmədiyini göstərən indikatordur. Leykemiyaya məhz hansı amillərin təsir göstərdiyi isə hələlik dəqiq məlum deyil.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova