Orqan transplantasiyasına dair beynəlxalq konfrans keçirildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Orqan transplantasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. ATU və Türkiyənin İnönü Universiteti tərəfindən birgə təşkil olunan tədbirdə türkiyəli alim, professor Sezayi Yılmaz “Dünyada və Türkiyədə canlıdan qaraciyər transplantasiyası” mövzusunda məruzə ilə çıxış edib. Konfransda həmçinin “Canlıdan qaraciyər transplantasiyasının problemləri”, “Ağciyər transplantasiyası”, “Böyrək transplantasiyası” və digər

5-03-2015, 15:06

Azərbaycan – Qətər səhiyyə əlaqələri müzakirə olundu

Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayev bu ölkənin səhiyyə nazirinin müavini Faleh Mohamed Hussain ilə görüşüb. Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində ikitərəfli əlaqələrin perspektivləri, səhiyyə və sosial sahələrdə birgə proqramların həyata keçirilməsi imkanları və digər məsələlər müzakirə olunub.

5-03-2015, 15:04

Culfada yeni tibb müəssisəsi açıldı

Culfa rayonunun Bənəniyar kəndində Bənəniyar Kənd Həkim Ambulatoriyası yenidənqurma işlərindən sonra istifadəyə verilib. Səhiyyə ocağına gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov burada yaradılan şəraitlə tanış olub.

5-03-2015, 14:54

“Sağlamlıq aylığı” çərçivəsində tibbi dispanserizasiya keçirilir

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, bütün ölkə ərazisində “Sağlamlıq aylığı” elan olunaraq, əhalinin icbari tibbi dispanserizasiyası keçirilir. Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, müalicəsi və profilaktikası məqsədi daşıyan aksiyanın 2015-ci il fevralın 1-dən mart ayının 31-dək keçirilməsi planlaşdırılıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, əgər tələbat yaranarsa, paytaxtdan bölgələrə tibbi heyət də göndəriləcək.

5-03-2015, 14:42

Həkimlərimiz 7 yaşlı qızı xilas etdilər

Bir neçə gün öncə Respublika Neyrocərrahiyyə Xəstəxanasında azyaşlı pasiyent üzərində aparılan cərrahiyyə əməliyyatı mütəxəssislərdə maraq və təəccüb doğurub. Belə ki, Ağcabədi rayonundan olan Təranə adlı 7 yaşlı qızın başından əməliyyat nəticəsində böyük ölçülü exinokokk kistası çıxarılıb. Unikal əməliyyatı xəstəxananın həkimi Bəhmən Yadigarov həyata keçirib. Bu barədə daha ətraflı məlumatı neyrocərrah B.Yadigarovun özündən aldıq. Müsahibimiz bəlkə də dünyada ilk dəfə bu yaşda uşaqda belə

5-03-2015, 13:12

Elanlar

Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Tibb bacısı - 2.0 Ünvan:A.Səhhət küşəsi, 32. Tel: 440-33-86 *** Elmi Tədqiqat Pediatriya İnstitutu Tibb bacısı (Körpələrlə və uşaqlarla iş təcrübəsi olan) - 10.0 Ünvan:B.Bağırova küçəsi, 15. Tel: 595-21-00 *** Pespublika Perinatal Mərkəzi Tibb bacısı - 3.0 Mama - 1.0 Laborant - 2.0 Ünvan:Y.Səfərov küçəsi, 12. Tel: 489-51-07 *** Bakı Sağlamlıq Mərkəzi Tibb bacısı - 3.0 Provizor - 1.0 Rentgen-texnik - 1.0 Ünvan:Azadlıq prospekti, 112. Tel:

4-03-2015, 14:50

5-ci mərtəbədən yıxılan qadın xəstəxanadan çıxdı

Bir müddət öncə kütləvi informasiya vasitələrində çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılan gənc qadınla bağlı yayılan görüntülər bütün ictimaiyyətin narahatlığına səbəb oldu. Xatırladaq ki, hadisə fevralın 16-da, saat 11 radələrində, Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən binada baş vermişdi. 28 yaşlı Lalə Bayramova ehtiyatsızlıq nəticəsində eyvandan yıxılmış, həyat yoldaşı onu saxlamağa çalışsa da, buna nail ola bilməmişdi. Lakin xoşbəxtlikdən qadın sağ

4-03-2015, 14:03

Dünyanı dərk etməyin sevinci

Bir müddət öncə “Tibb qəzeti”nin redaksiyasında Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində 50 ildən artıq elmi-pedaqoji fəaliyyəti ilə böyük uğurlar qazanaraq elm və təhsilimizin qızıl fonduna daxil olmuş görkəmli bir ziyalı ilə görüşdük. Qonağımız 130 elmi əsərin, dövlət qeydiyyatından keçmiş iki kəşfin, patentləşdirdiyi ondan çox ixtiranın, 15 yeni modelin, 17 kitabın, 3 monoqrafiyanın müəllifi, ABŞ-da keçirilən “Dünyanın 500 elmi lideri” nominasiyasının qalibi ordeni ilə,

4-03-2015, 13:59

Gerhard Reiss: “Onurğa sütununun bütün xəstəliklərinin bioloji təbabət yolu ilə müalicəsi mümkündür”

“Son dövrlər dünyada onurğa sütunu xəstəliklərindən əziyyət çəkən insanların sayının artması ilə bağlı fikirlər tamamilə həqiqətə uyğundur. Bunun bir səbəbi diaqnostika cihazlarının ilbəil daha da inkişaf etməsi, müvafiq olaraq, bu sahədə imkanların genişlənməsidirsə, digər önəmli səbəb insanların az hərəkətli həyat tərzi ilə yaşaması, fiziki aktivliklərinin azalmasıdır. Hazırda əksər şəxslər, hətta kiçik yaşlı uşaqlar günün çox hissəsini kompüter qarşısında, oturaq vəziyyətdə keçirirlər.

4-03-2015, 13:53

Səhiyyə qanunvericiliyinə dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər edilməsi barədə Milli Məclisin qəbul etdiyi iki Qanunu imzalayıb. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna edilən dəyişikliklər “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun tətbiqi ilə əlaqədardır və əsasən

4-03-2015, 13:38



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova