Orqan transplantasiyasına dair beynəlxalq konfrans keçirildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Orqan transplantasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. ATU və Türkiyənin İnönü Universiteti tərəfindən birgə təşkil olunan tədbirdə türkiyəli alim, professor Sezayi Yılmaz “Dünyada və Türkiyədə canlıdan qaraciyər transplantasiyası” mövzusunda məruzə ilə çıxış edib. Konfransda həmçinin “Canlıdan qaraciyər transplantasiyasının problemləri”, “Ağciyər transplantasiyası”, “Böyrək transplantasiyası” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.