5-ci mərtəbədən yıxılan qadın xəstəxanadan çıxdı

5-ci mərtəbədən yıxılan qadın xəstəxanadan çıxdı

Bir müddət öncə kütləvi informasiya vasitələrində çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılan gənc qadınla bağlı yayılan görüntülər bütün ictimaiyyətin narahatlığına səbəb oldu.
Xatırladaq ki, hadisə fevralın 16-da, saat 11 radələrində, Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən binada baş vermişdi. 28 yaşlı Lalə Bayramova ehtiyatsızlıq nəticəsində eyvandan yıxılmış, həyat yoldaşı onu saxlamağa çalışsa da, buna nail ola bilməmişdi. Lakin xoşbəxtlikdən qadın sağ qalmış və ağır xəsarətlərlə Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılmışdı.
Bəs, Lalə Bayramovanın vəziyyəti hazırda necədir? Bunu öyrənmək üçün onun müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Leyla Seyidbəyova ilə əlaqə saxladıq. Leyla xanım L.Bayramovanın onurğa sütunu da daxil olmaqla, çoxsaylı sınıq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya daxil olduğunu bildirdi. Zərərçəkənin dərhal neyrocərrahın baxışından keçirildiyini, sonra Travmatologiya şöbəsinə yerləşdirildiyini dedi: “Lalənin sol bazu sümüyü, körpücük sümüyü, 11-ci döş fəqərəsi və 3-cü bel fəqərəsi sınmışdı. Xəstənin vəziyyətinin ağır olmasına baxmayaraq, mütəxəssislərimizin səyi nəticəsində o, ağır vəziyyətdən çıxdı və həyati təhlükəsi sovuşdu”.
Baş həkim L.Bayramovanın bir həftədən sonra, vəziyyətinin yaxşılaşmasını nəzərə alaraq evə yazıldığını dedi.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova