Milli Məclis tibbi xidmətlərin təşkili ilə əlaqədar olaraq qanunlara dəyişiklik etdi
Milli Məclisin yaz sessiyasındakı növbəti plenar iclasında gündəlikdəki digər məsələlərlə yanaşı, bir sıra qanunlara dəyişikliklər də müzakirə edilib. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 6 məsələsi mahiyyətcə bir-birinə yaxındır və ölkədə tibbi xidmətlərin təşkili ilə əlaqədar olaraq 50 qanuna dəyişiklikləri nəzərdə tutur. Bunlardan 4 məsələ uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda qəbul ediləcək, digər 2 məsələ isə birinci oxunuşda müzakirəyə çıxarılır.30-04-2021, 14:07




