Səhiyyə Nazirliyi ilə UNICEF-in prioritet əməkdaşlıq istiqamətləri müzakirə olundu

Səhiyyə Nazirliyi ilə UNICEF-in prioritet əməkdaşlıq istiqamətləri müzakirə olundu

Səhiyyə naziri Oqtay Şirəliyev aprelin 2-də BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə 2021-2025-ci illər üzrə ölkə Əməkdaşlıq Proqramının BMT-nin Uşaq Fondunun İcraiyyə Şurasında təsdiqlənməsi bildirilib.
Görüşdə həmçinin 2021-ci il üzrə prioritet əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. Belə ki, ana və uşaq sağlamlığının möhkəmləndirilməsi, səhiyyədə informasiya sistemlərinin gücləndirilməsi, COVID-19 qlobal pandemiyası ilə bağlı uğurlu fəaliyyətlərin dəstəklənməsi, uşaqlarda inkişaf problemləri və erkən müdaxilə xidmətlərinin tətbiqi, habelə sektorlararası fəaliyyətin əlaqələndirilməsi barəsində müzakirələr aparılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova