Prezident İlham Əliyev: "Bu gün biz dünyada vaksinlərin bölüşdürülməsində ədalətsizliyi aradan qaldırmağa çalışırıq"

Prezident İlham Əliyev: "Bu gün biz dünyada vaksinlərin bölüşdürülməsində ədalətsizliyi aradan qaldırmağa çalışırıq"

Biz COVID-lə bağlı bir neçə təşəbbüslə çıxış etdik. Türk Şurasının Zirvə görüşünü, Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirdik. COVID-lə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə də nail olduq və sizin də böyük dəstəyiniz oldu.
Bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı deyib: “Ondan sonrakı hadisələr göstərdi ki, doğrudan da, bu, indi gündəlikdə duran önəmli məsələlərdən biridir. Çünki “vaksin millətçiliyi”, vaksinlərin ədalətsiz bölüşdürülməsi bu gün artıq dünya gündəmini zəbt edən bir məsələdir. Azərbaycan ilk ölkələrdən idi ki, bu məsələni açıb qaldırdı. Bu gün biz çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq. Eyni zamanda, COVID dönəmində biz 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərmişik və bu fəaliyyəti davam etdirmək əzmindəyik”.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova