Milli Məclis tibbi xidmətlərin təşkili ilə əlaqədar olaraq qanunlara dəyişiklik etdi

Milli Məclis tibbi xidmətlərin təşkili ilə əlaqədar olaraq qanunlara dəyişiklik etdi

Milli Məclisin yaz sessiyasındakı növbəti plenar iclasında gündəlikdəki digər məsələlərlə yanaşı, bir sıra qanunlara dəyişikliklər də müzakirə edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 6 məsələsi mahiyyətcə bir-birinə yaxındır və ölkədə tibbi xidmətlərin təşkili ilə əlaqədar olaraq 50 qanuna dəyişiklikləri nəzərdə tutur. Bunlardan 4 məsələ uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda qəbul ediləcək, digər 2 məsələ isə birinci oxunuşda müzakirəyə çıxarılır. Səsvermə isə ayrı-ayrılıqda keçiriləcək.
Qanun layihələri barədə məlumat verən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, ümumilikdə 50 qanuna dəyişiklik edilməsini özündə birləşdirən qanun layihələrində nəzərdə tutulan dəyişikliklər “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanından irəli gələn məsələlərlə əlaqədardır.
Sözügedən Fərmana uyğun olaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq qanun layihələrinin qəbulu təklif olunur. Ümumilikdə 131 maddə üzrə nəzərdə tutulan dəyişikliklərin böyük əksəriyyəti mərkəzi icra hakimiyyəti orqanı ilə müvafiq publik hüquqi şəxsin mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, səhiyyə və tibb müəssisələrinə münasibətdə səlahiyyət bölgüsünün hüdudlarının dəqiq müəyyənləşdirilməsini ehtiva edir. Yəni ismin müvafiq hallarında terminoloji baxımdan “orqan” və ya “səhiyyə orqanları” sözləri “müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz olunur, eləcə də bütün layihə boyu “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilir.
Sonra Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Milli Məclisin bundan sonrakı plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.
Sənədlər ətrafında müzakirələr zamanı deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Hikmət Məmmədov fikirlərini söyləyib, koronavirus pandemiyası, ona qarşı peyvəndin istehsalı və ölkəmizdə tətbiqi ilə bağlı suallarını səsləndiriblər. Komitə sədri Əhliman Əmiraslanov sualları ətraflı cavablandırıb.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova