Tibb Universitetində yeni texnoloji avadanlığın təqdimatı olub

Azərbaycan Tibb Universitetində (ATU) tədris prosesinin yaxşılaşdırılması, praktik dərslərin keyfiyyətinin artırılması üçün işlər davam etdirilir. Tələbələrin müasir standartlara uyğun təhsil almasını təmin etmək üçün praktiki məşğələlərdə son model texnologiya əsasında hazırlanmış tibbi avadanlıqlardan istifadə olunur. Bu günlərdə ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrası, həmçinin Tibbi mikrobiologiya və immunologiya kafedrası üçün əldə olunmuş yeni unikal avadanlıqların

27-02-2021, 10:55

Azərbaycanda 273 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurulub

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına qarşı yanvarın 18-dən başlanan vaksinasiya kampaniyası getdikcə geniş vüsət alır. Fevralın sonunda gündəlik peyvəndləmə sayı 17 minə çatıb. “Koronavirusinfo.az” saytının yaydığı məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 273 198 nəfər peyvənd olunub. Vaksinasiya ölkənin bütün rayonlarında uğurla davam etdirilir. Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün

27-02-2021, 10:23

Səhiyyə Nazirliyinin rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər

Səhiyyə naziri və nazirliyin kollegiya üzvləri Xocalı faciəsinin 29-cu ildönümündə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub, bəşər tarixində ən amansız və qəddar kütləvi terror aktlarından biri kimi yaddaşlara yazılıb. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə

27-02-2021, 10:21

Azərbaycan COVID-19-a qarşı “Sputnik V” və “AstraZeneca” vaksinlərinin birgə tətbiqi tədqiqatına icazə verdi

Səhiyyə Nazirliyi Rusiyanın “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birlikdə işləyib hazırladığı vaksinin birgə tətbiqi üzrə Azərbaycan Respublikasında kliniki tədqiqatların aparılmasına icazə verib. Bu tədqiqatların fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunur ki, daha əvvəl – 2020-ci ilin dekabrında N.F.Qamaleya adına Elmi Tədqiqat Mərkəzi, Rusiyanın Birbaşa İnvestisiyalar

27-02-2021, 10:18

Hikmət Hacıyev: COVID-19 başlayandan sonra biz səhiyyə sistemimizin pandemiyaya hazırlığını təmin etdik

“COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda beynəlxalq vebinar keçirilib Azərbaycanda koronavirus yayılmağa başladığı dövrdən biz ölkəmizin səhiyyə sisteminin COVID-19 pandemiyasına hazırlanmasını təmin etdik, onu yeni reallıqlara uyğunlaşdırdıq. Çünki Azərbaycan bundan əvvəl belə bir pandemiya ilə üzləşməmişdi və səhiyyə sistemində müəyyən dəyişikliklər edilməli idi. Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19

27-02-2021, 10:15

Səhiyyə və tibb elmi sahəsində Azərbaycan – Pakistan əməkdaşlığının perspektivləri müzakirə edilib

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin görüşü keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, tədbirdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə olunub. Görüşdə qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də iki ölkə arasında nümunəvi əməkdaşlıq var.

27-02-2021, 10:13

PROACT Təlim Proqramı çərçivəsində Sumqayıt şəhər 1 saylı Doğum Evi ziyarət edilib

2000-dən artıq yerli səhiyyə işçisinin COVID-19 pandemiyasına qarşı profilaktik və cavab tədbirlər üzrə potensialının artırılması üçün həyata keçirilən PROACT Təlim Proqramı çərçivəsində BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx və layihə meneceri Emin Məmmədli, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz

27-02-2021, 10:13

Sabunçu rayonu 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının yeni tikilmiş korpusu istifadəyə verildi

Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmir edilmiş korpusunun açılışı olub. Tibb müəssisəsində xəstələrin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. 100 çarpayılıq xəstəxananın 63 çarpayılıq yeni korpusunda inzibati, qəbul, funksional diaqnostika, pediatriya və terapiya şöbələri fəaliyyət göstərəcək. 356 nəfərlik personal gündə 500-ə yaxın xəstə qəbul edə biləcək. Qeyd edək ki, iki korpuslu 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası

27-02-2021, 10:11

ÜST COVID-19-la qlobal mübarizədə iştirakına görə Azərbaycana təşəkkür edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasına qarşı qlobal səviyyədə mübarizə aparan ölkələrə və təşkilatlara təşəkkürünü bildirib. Yeni növ koronavirusun törətdiyi xəstəliyin bütün dünyada geniş yayıldığı bir vaxtda ÜST və onun tərəfdaşları dünya ölkələrinə bu pandemiyaya qarşı mübarizədə öz dəstəklərini davam etdirirlər. Təşkilat COVID-19-la mübarizədə dünya ölkələrinə yardım edən hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını ifadə edən məlumat yayıb. Bir çox

27-02-2021, 10:10

Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısı pansionatda yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, bu pansionat ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək-damar,

27-02-2021, 10:07




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova