Hikmət Hacıyev: COVID-19 başlayandan sonra biz səhiyyə sistemimizin pandemiyaya hazırlığını təmin etdik

Hikmət Hacıyev: COVID-19 başlayandan sonra biz səhiyyə sistemimizin pandemiyaya hazırlığını təmin etdik

“COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda beynəlxalq vebinar keçirilib



Azərbaycanda koronavirus yayılmağa başladığı dövrdən biz ölkəmizin səhiyyə sisteminin COVID-19 pandemiyasına hazırlanmasını təmin etdik, onu yeni reallıqlara uyğunlaşdırdıq. Çünki Azərbaycan bundan əvvəl belə bir pandemiya ilə üzləşməmişdi və səhiyyə sistemində müəyyən dəyişikliklər edilməli idi.
Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda beynəlxalq vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan öz təcrübəsinə əsasən beynəlxalq səviyyədə bir sıra təşəbbüslər irəli sürüb, xüsusilə beynəlxalq səylərə dəstəyini göstərib. Hikmət Hacıyev deyib: “Çünki hamı təhlükəsizlikdə olmasa, heç kim təhlükəsiz ola bilməz. Ona görə də yerli və beynəlxalq səviyyədə tədbirlər bir-birini tamamlamalı idi. Bu yanaşmaya əsasən, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq qurduq. Bu əməkdaşlıq çərçivəsində Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya həsr olunmuş sammitlərini təşkil etdik. Tədbirlərdə pandemiyaya qarşı birgə mübarizə məsələləri müzakirə olundu. Həmçinin səhiyyə mütəxəssislərinin görüşləri təşkil edildi”.
Prezidentin köməkçisi həmçinin qeyd edib ki, COVID-19-la əlaqədar Azərbaycan Prezidenti BMT-nin növbədənkənar sessiyasının çağırılması təşəbbüsünü irəli sürüb və bu təşəbbüs BMT-yə üzv dövlətlər tərəfindən dəstəklənib.
Beynəlxalq vebinarda çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib ki, yeni növ koronavirus pandemiyası həyatımızda gördüyümüz ən pis pandemiyadır və qlobal olaraq bütün dünyaya təsir edib. O vurğulayıb ki, COVID-19-un təsirinə bütün ölkələr məruz qalsa da, ondan ən kasıb dövlətlər daha çox əziyyət çəkir: “Sözsüz ki, daha həssas ölkələr və əhali qrupları daha çox təsirə məruz qalıb. Yaxşı xəbər budur ki, dünya səviyyəsində yeni yoluxma hallarının sayı azalmaqdadır. Təxminən 70 faizə qədər azalma var. Lakin bir çox ölkədə gündəlik yoluxma hallarında artım müşahidə olunur”.
H.Harmancı bildirib ki, pandemiya qlobal səviyyədə səhiyyə sisteminin hazırlığının və çevikliyinin əhəmiyyətini bir daha ön plana çıxarıb: “Pandemiyanın ilk ilini arxada qoyandan sonra qlobal səylər nəticəsində əlimizdə artıq bir sıra vaksinlər və diaqnostika metodologiyası var. Bunlarla pandemiyaya nəzarət etmək mümkündür. Bu həm ümid yaradır, həm də sınaqdır. Sözsüz ki, pandemiya ilə mübarizədə çox mühüm bir mərhələyə gəlib çatmışıq. Vaksinasiyadan əlavə, əl gigiyenasına, fiziki məsafə prinsiplərinə, maska istifadəsinə diqqət yetirilməlidir. Çünki virusun yeni variantları, ştammları ortaya çıxa bilər”.
ÜST-nin Azərbaycandakı nümayəndəsi dünyada peyvəndlərin paylanması ilə bağlı bərabərsizliyin artmasına təəssüfləndiyini deyib. Bildirib ki, vaksinləri tətbiq edən ölkələrin 90 faizi zəngin ölkələrdir: “Hazırda 3,5 milyon doza 10 ölkəyə paylanılıb. 2,5 milyard əhalisi olan 130 ölkə isə vaksinin heç bir dozasını da əldə edə bilmir. Bu bərabərsizliyi aradan qaldırmaq üçün birgə işləmək, yeni texnologiyalar yaratmaq lazımdır”.
H.Harmancı ÜST-nin COVAX platformasının sırf bərabərsizliyi aradan qaldırmaq üçün yaradılan təşəbbüs olduğunu da diqqətə çatdırıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova