Sabunçu rayonu 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının yeni tikilmiş korpusu istifadəyə verildi

Sabunçu rayonu 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının yeni tikilmiş korpusu istifadəyə verildi

Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmir edilmiş korpusunun açılışı olub.
Tibb müəssisəsində xəstələrin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. 100 çarpayılıq xəstəxananın 63 çarpayılıq yeni korpusunda inzibati, qəbul, funksional diaqnostika, pediatriya və terapiya şöbələri fəaliyyət göstərəcək. 356 nəfərlik personal gündə 500-ə yaxın xəstə qəbul edə biləcək.
Qeyd edək ki, iki korpuslu 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası stasionar və poliklinika şöbələrindən ibarətdir. Yeni korpus Səhiyyə Nazirliyi tərəfindən müasir avadanlıqlarla təchiz edilib.
Tibb ocağının açılışı münasibətilə keçirilən mərasimdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova çıxış edərək, ölkəmizdə sosial məsələlərin həlli, insanların yaxşı yaşaması, tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsi üçün böyük işlərin görüldüyünü vurğulayıb, həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Xəstəxananın baş həkimi vəzifəsini icra edən Səriyyəxanım Səfərova çıxışında belə gözəl, müasir avadanlıqlarla təchiz olunmuş xəstəxana korpusunun istifadəyə verilməsinə görə minnətdarlığını ifadə edib. O, bu səhiyyə ocağında pasiyentlərə yüksək səviyyədə və keyfiyyətli xidmətin göstərilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd edib.
Sonda tədbir iştirakçıları yeni korpusda yaradılmış şəraitlə, tibb müəssisəsinin həyətyanı sahəsində aparılmış abadlıq və yaşıllaşdırma işləri ilə tanış olublar.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova