Səhiyyə və tibb elmi sahəsində Azərbaycan – Pakistan əməkdaşlığının perspektivləri müzakirə edilib

Səhiyyə və tibb elmi sahəsində Azərbaycan – Pakistan əməkdaşlığının perspektivləri müzakirə edilib

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin görüşü keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, tədbirdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə olunub.
Görüşdə qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də iki ölkə arasında nümunəvi əməkdaşlıq var.
Tərəflər Pakistanın əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunmasının, eləcə də bu ölkənin tibbi avadanlıqlar sənayesinin yüksək keyfiyyətli məhsullarının ölkəmizdə istifadəsinin müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə nazirlikləri arasında tibb elmi sahəsində əməkdaşlığın, həmçinin qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində birbaşa əlaqələrin önəmi qeyd edilib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova