Azərbaycanda 273 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurulub

Azərbaycanda 273 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurulub

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına qarşı yanvarın 18-dən başlanan vaksinasiya kampaniyası getdikcə geniş vüsət alır. Fevralın sonunda gündəlik peyvəndləmə sayı 17 minə çatıb.
“Koronavirusinfo.az” saytının yaydığı məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 273 198 nəfər peyvənd olunub.
Vaksinasiya ölkənin bütün rayonlarında uğurla davam etdirilir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə aparılır. Strategiyaya əsasən, ilkin mərhələdə tibb işçiləri, əks-epidemik tədbirlərə cəlb olunmuş hüquq-mühafizə orqanları heyəti, 65 yaşdan yuxarı şəxslər peyvənd edilib. Növbəti mərhələdə, fevralın 17-dən etibarən isə 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyasına başlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmin əhali qruplarından olan və peyvənd etdirmək istəyən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra, daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd olunur.
Qeyd edək ki, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir. Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir. Təyin olunan vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Həmçinin bildirək ki, elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verəndə qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova