Doqquz aptekdə nöqsan aşkarlandı

Doqquz aptekdə nöqsan aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) oktyabrda əczaçılıq müəssisələrində keçirdiyi yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb.
Bu barədə AEM-dən verilən məlumatda bildirilib ki, oktyabrda aptek təşkilatlarında keçirilən yoxlamalar nəticəsində Bakı şəhəri üzrə 1, ölkənin digər şəhər və rayonlarında 52 aptek olmaqla, ümumilikdə 53 aptekdə planlı və plandan kənar yoxlamalar aparılıb. Yoxlamalar zamanı 9 aptekdə nöqsan aşkarlanıb ki, onların 8-i rayonlarda yerləşir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə 9 protokol tərtib edilib.
“Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, aptekdən alınan dərman vasitələrinin keyfiyyəti barədə şübhə yaradan hər hansı dərman vasitəsi haqqında bizə məlumat verə bilərlər. Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in “Bir pəncərə” sektoruna müraciət edə və ya “qaynar xətt”lə əlaqə saxlaya bilər. Həmçinin, vətəndaşlar AEM-in www.pharma.az saytının “MÜRACİƏT” bölməsinə daxil olaraq, əldə edilən dərmanın qutusunun şəklini, alış çekini və alınan ünvanı yükləməklə, ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsi barədə məlumat verə bilərlər. Belə olan halda AEM göstərilən əczaçılıq təşkilatında şikayətdə qeyd olunan dərman vasitəsilə bağlı araşdırma başlayaraq müvafiq tədbirlər görür”, - deyə mərkəzin verdiyi məlumatda qeyd olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova