Sizin Reklam Burada!

Şərq təbabəti ilə bağlı yeni kitab çapdan çıxıb

Bu yaxınlarda həkim Şahmar Məmmədovun “Tibbi hicama” adlı kitabı işıq üzü görüb. Bu kitab müəllifin ənənəvi təbabətlə bağlı çapdan çıxan üçüncü əsəridir. Bundan əvvəl onun “Akupunktura” və “Hirudoterapiya” adlı iki kitabı da nəşr olunub. Uzun illər boyu Şərq təbabətinin aktual sahələri ilə məşğul olan müəllif əldə etdiyi təcrübəni, gəldiyi qənaətləri bu kitablarda əks etdirib. “Tibbi hicama” kitabının birinci hissəsində həkim zəli müalicəsi, akupunktura, fitoterapiya və digər xalq təbabəti

31-01-2026, 08:54

Səhiyyə Nazirliyinin nümayəndələri akademik kursda iştirak ediblər

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda “Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu” keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kursda zabit heyəti və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Azərbaycanda səhiyyə və onun milli gücə təsiri, qan donorluğunun əhəmiyyəti və bu sahədə görülən işlər, qeyri-infeksion

31-01-2026, 08:26

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib

Bakıda “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib. AZƏRTAC xəbər verir ki, tədbiri açan Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri professor Kamran Musayev Qafqazda ilk ürək transplantasiyasının Azərbaycan səhiyyəsinin tarixində mühüm mərhələ olduğunu deyib, ölkəmizin bu sahədə regional liderliyini bir daha təsdiqlədiyini vurğulayıb. Bildirib ki, ötən il Azərbaycan

31-01-2026, 08:24

Azərbaycanda və Cənubi Qafqazda yenilik

Təxirəsalınmaz pediatriya üçün PALS üzrə ilk VR-trenajor təqdim olunub Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) sifarişi əsasında Azərbaycanda həkimlərin PALS (Pediatrik Təkmil Həyata Dəstək Təlimi) protokolu üzrə təxirəsalınmaz yardım bacarıqlarının öyrənilməsi məqsədilə, tibbi təhsil alan tələbələr üçün VR (Virtual reallıq) simulyasiya trenajoru hazırlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, proqram Azərbaycan Tibb Universitetinin

31-01-2026, 08:20

Qrup diyet proqramlarından istifadə edənlərə xəbərdarlıq

Son illərdə qrup diyet proqramları geniş yayılıb, xüsusilə sosial şəbəkələr, fitness mərkəzləri və onlayn platformalar vasitəsilə populyarlıq qazanıb. Bu proqramlar bəzən arıqlamağa kömək etsə də, təhlükəsiz deyil. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb. Onun sözlərinə görə, bu proqramların əsas məqsədi insanların eyni qida rejiminə əməl etməklə çəkilərinin azalmasını və

31-01-2026, 08:08

Tibbi aksiyaya yekun vuruldu

“PAŞA Holding” və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü olan "Erkən müayinə can qurtarır!" aksiyasının 3-cü mərhələsi yekunlaşıb. Bununla bağlı bir il ərzində 30 rayonda insanları müayinə edən həkimlərə və tərəfdaşlara təşəkkür gecəsi keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gecədə bir ilin nəticələri haqqında danışılıb. Həkimlər təəssüratlarını bölüşüblər. Layihədə əməyi olan həkimlər, eyni zamanda, layihənin reallaşmasında rolu olan hər kəs

31-01-2026, 08:01

Səhiyyə Nazirliyi Füzulidə qadınlar və yenidoğulmuşlar üçün səyyar tibbi aksiya təşkil edib

Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yerli əhali arasında sağlam həyat tərzinin təşviqi, həmçinin səyyar tibbi müayinə və maarifləndirmə aksiyalarının keçirilməsini davam etdirir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu qəbildən olan növbəti aksiya Füzuli rayonunda təşkil olunub. Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloq,

31-01-2026, 07:50

“Böyük Qayıdış”a sağlamlıq dəstəyi

Ağdamın balaca sakinləri həkim müayinələrindən keçirilib “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu tərəfindən Ağdam rayonunda uşaqlar üçün kompleks səyyar tibbi müayinələr təşkil olunub. Tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan uşaqların sağlamlığının qorunması, vaxtında diaqnostika və profilaktika tədbirlərinin aparılması,

31-01-2026, 07:47

Fiziki aktivlik və oturaq həyat tərzi

Məktəblərdə bu sahədə rəqəmsal savadlılıq üzrə maarifləndirilmə aparılıb Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Suraxanı rayonu üzrə 79, 140, 208, 226 və 232 nömrəli tam orta məktəblərdə “Fiziki aktivlik və oturaq həyat tərzi. Rəqəmsal savadlılıq” mövzusunda 6-7-8-ci sinif şagirdləri üçün maarifləndirici görüşlər keçirilib. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin mütəxəssisi Elnarə Nuriyeva şagirdlərə fiziki aktivliyin sağlamlığa təsiri, oturaq həyat

31-01-2026, 07:30

İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsi təsdiq olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Fərman verib. Sənədə əsasən, İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsinin xərcləri 2 621 460 000 manat məbləğində təsdiq edilib. Müəyyən olunub ki, bu xərclərin maliyyələşmə mənbələri icbari tibbi sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri (1 976 000 000 manat) və icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitindən (qalığından) 2026-cı

30-12-2025, 09:28



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova