Sizin Reklam Burada!

ATU-da müasir tələblərə uyğun stomatoloji Tədris Mərkəzi açılıb

ATU-da müasir tələblərə uyğun stomatoloji Tədris Mərkəzi açılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasının nəzdində fəaliyyət göstərən və müasir tələblərə cavab verən Tədris Mərkəzi açılıb.
ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, universitetin rektoru, professor Gəray Gəraybəyli stomatologiya sahəsində təhsil alan tələbələrin praktiki vərdişlərini, bilik və bacarıqlarını artırmaq məqsədilə yenilənən Tədris Mərkəzində yaradılmış müasir infrastruktur, gücləndirilmiş maddi-texniki baza və tədris imkanları ilə yaxından tanış olub.
Açılış mərasimində Mərkəzin fəaliyyəti haqda ətraflı məlumat verilib. Vurğulanıb ki, əsaslı şəkildə yenilənən mərkəz ən son texnologiyalara uyğun avadanlıq, müasir stomatoloji qurğular, zəruri tibbi ləvazimat və mulyajlarla tam təmin edilib.
Ətraflı baxış keçirildikdən sonra müvafiq tövsiyələrini də verən rektor ümumilikdə yaradılmış şəraiti müsbət dəyərləndirib.





Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova