Sizin Reklam Burada!

Naxçıvanda ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicəsi üzrə təqdimatlar edilib

Naxçıvanda ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicəsi üzrə təqdimatlar edilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində ilk dəfə “Naxçıvan Sağlamlıq Günləri” və “1-ci Naxçıvan Kardioloji Forumu” tədbirləri keçirilib.
İnstitutdan verilən məlumata görə, tədbirin əsas məqsədi region əhalisinin sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması, profilaktik müayinələrin genişləndirilməsi, eləcə də səhiyyə sahəsində müasir elmi nailiyyətlərin tətbiqinin təşviq edilməsindən ibarət olub.
Layihə çərçivəsində vətəndaşlar üçün genişmiqyaslı profilaktik tibbi müayinələr aparılıb, eyni zamanda, tibb işçilərinin peşə bilik və bacarıqlarının artırılması məqsədilə təlim kursları təşkil olunub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında “1-ci Naxçıvan Kardioloji Forumu”nda Muxtar Respublikanın səhiyyə rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, ölkənin aparıcı kardioloqları və beynəlxalq ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə yanaşmaları müzakirə olunub, elmi təqdimatlar edilib.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Rəşadət Nabatov iştirakçıları salamlayaraq forumun işinə uğurlar arzulayıb.
ETKİ-nin direktoru professor Gülnaz Dadaşova isə qeyd edib ki, bu təşəbbüs ilk dəfə olaraq Naxçıvanda genişmiqyaslı şəkildə həyata keçirilir və məqsəd əhaliyə daha yaxın xidmət göstərmək, tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaq, eləcə də ən son elmi yenilikləri tibb ictimaiyyəti ilə bölüşməkdir. Tədbir Səhiyyə Nazirliyi tərəfindən 15 DTT balı ilə akkreditasiya olunub.
Tədbirin gələcək illərdə də davam etdirilməsi və regionda səhiyyənin inkişafına töhfə verməsi nəzərdə tutulur.


Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova