Səhiyyə Nazirliyində Britaniyalı görkəmli beyin fizioloqu ilə görüş olub

Britaniya Lordlar Palatasının üzvü, Böyük Britaniya Kral İnstitutunun sabiq direktoru, beyin fiziologiyası sahəsi üzrə ixtisaslaşmış məşhur ingilis alimi, baronessa Syuzan Qrinfildin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonaqla görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycan – Böyük Britaniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. Teymur Musayev səhiyyə sahəsində də əməkdaşlığın

31-03-2025, 15:29

ÜST-nin direktoru: ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması itkidir

“Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir”. AZƏRTAC xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumunun “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus deyib. O bildirib ki, ABŞ-nin ÜST-dən çıxması itkidir: “Lakin biz yeganə təşkilat deyilik. ABŞ inkişafa dəstəyin 30 faizini ödəyir. Odur ki, bu maliyyənin ödənilməməsi səhiyyəyə təsir

31-03-2025, 15:28

Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə ayrılan vəsaitin məbləği artıb

Hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon manat vəsait ayrılıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Baş nazir Əli Əsədov parlamentin iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

31-03-2025, 15:26

Milli Məclis səhiyyə ilə əlaqəli bəzi qanunlara dəyişikliklər edib

Mart ayında Milli Məclisin yaz sessiyasında bir neçə plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk iclasda Ombudsman Səbinə Əliyeva 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında məruzəni təqdim edib. İnsan hüquqları üzrə müvəkkil 2024-cü ilin ölkəmiz üçün bir sıra mühüm ictimai-siyasi hadisələr və qlobal əhəmiyyətli tədbirlərlə yadda qaldığını söyləyib. O, məruzədə əhalinin sağlamlığı məsələlərinə də toxunub. Belə ki,

31-03-2025, 15:19

Herontoloji Mərkəzin direktoru: Bakıda son 10 ildə yaşı 60 və daha yuxarı olanların sayı artıb

Səhiyyə Nazirliyinin Bakı Şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova bu qurumun fəaliyyət istiqamətləri, aparılan araşdırmalar, paytaxt Bakıda yaşlı insanların sayı və mərkəzdə həyata keçirilən müalicə-profilaktika tədbirləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. - Öncə istərdik ki, yeni yaradılan Bakı Şəhər Herontoloji Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verəsiniz. - Mərkəzimiz 2020-ci ilin may ayında “Sağlamlıq sahəsi” poliklinikasının

31-03-2025, 15:16

Ötən ay 18 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır. Mərkəzdən verilən məlumata görə, fevral ayı ərzində Bakı şəhəri üzrə 16, digər şəhər və rayonlarda isə 2 aptek olmaqla, ümumilikdə 18 aptekdə yoxlama aparılıb. Aparılan yoxlamalar nəticəsində 3 aptekdə nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 210.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

31-03-2025, 09:44

"Periprostetik infeksiya: Diaqnostika, müalicə və müasir konsepsiya"

Bakıda bu mövzuda beynəlxalq praktik təlim kursu keçirilib Bakıda Azərbaycan travmatoloq və ortopedləri üçün "Periprostetik infeksiya: Diaqnostika, müalicə və müasir konsepsiya" mövzusunda beynəlxalq praktik təlim kursu keçirilib. Kurs travmatologiya və ortopediyanın artroplastika (oynaq dəyişmə) sahəsinin ən ağır probleminə – irinli fəsadlaşmalara həsr edilib. AZƏRTAC xəbər verir ki, beynəlxalq kursda paytaxtla yanaşı, ölkənin müxtəlif regionlarından 150 travmatoloq-ortoped və

31-03-2025, 09:42

Səhiyyə mütəxəssisləri üçün farmakonəzarət sistemi üzrə seminarlar keçirilib

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə səhiyyə mütəxəssisləri üçün “Farmakonəzarət”, “Əlavə təsirlər. Səbəb-nəticə əlaqəsinin qiymətləndirilməsi”, “Risklərin minimallaşdırılması tədbirləri” mövzularında seminar-treninq keçirib. AEM-dən verilən məlumata görə, seminar-treninqdə ümumilikdə 24 dövlət müalicə-profilaktika müəssisəsindən 29 nümayəndə iştirak edib. Təlimdə AEM-in Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov qeyd

31-03-2025, 09:33

Cəbrayılda ikigünlük səyyar oftalmoloji müayinələr keçirilib

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlif xəstəliklərin aşkarlanması məqsədilə kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi üzrə silsilə tədbirləri davam etdirir. Növbəti belə aksiya nazirliyin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası

31-03-2025, 09:29

Səhiyyə məlumatlarının vahid məkanda birləşdirilməsi Rəqəmsal Səhiyyə Mərkəzinin prioritetlərindəndir

Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə qurumun fəaliyyəti ilə bağlı nazirliyin mətbuat xidmətinə müsahibə verib. - Cəbrayıl müəllim, rəhbərlik etdiyiniz “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” yenilənərək, “Rəqəmsal Səhiyyə Mərkəzi” adı ilə fəaliyyət göstərməyə başlayıb. Bu qərar hansı zərurətdən yaranıb və bu dəyişiklik nə kimi perspektivlər vəd edir? - Mərkəzin adının dəyişdirilməsi qarşıya qoyulan daha geniş strateji hədəflərin təzahürüdür.

31-03-2025, 09:25




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova