Naxçıvanda Birinci Beynəlxalq Tibb Forumu keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibb Forumu keçirilib. Forumun açılış tədbirində əvvəlcə Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin fəxri sədri Cavid Avcı, Türkiyənin Yeditəpə Universitetinin

30-06-2022, 10:10

Səhiyyə Nazirliyində İsrailin nüfuzlu tibb mərkəzinin nümayəndə heyəti ilə görüş olub

Səhiyyə Nazirliyində İsrailin və dünyanın ən nüfuzlu tibb mərkəzlərindən olan Şiba Tibb Mərkəzinin nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə İsrailin ölkəmizdəki səfiri Corc Dik də iştirak edib. Səhiyyə naziri Teymur Musayev digər sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də ölkələrimiz arasında əməkdaşlığın uğurlu nəticələrini xatırladıb, yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı

31-05-2022, 11:02

Səhiyyə Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun səhiyyə, qidalanma və əhali üzrə praktika meneceri Tania Dmitraçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Toplantıda Azərbaycanın səhiyyə naziri Teymur Musayev dünyanın ən nüfuzlu maliyyə institutu olan Dünya Bankı ilə əlaqələrə və əməkdaşlığa ölkəmizin hər zaman önəm verdiyini vurğulayıb. Rəqəmsal texnologiyalardan istifadənin səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran

31-05-2022, 11:00

Səhiyyə naziri “Stop Vərəm” Tərəfdaşlığının İdarə Heyətinin 35-ci toplantısında çıxış edib

Vərəm xəstəliyinə son qoyulması üzrə “Stop Vərəm” Tərəfdaşlığının İdarə Heyətinin onlayn formatda təşkil olunmuş 35-ci toplantısı keçirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, beynəlxalq qurumun iclasında çıxışçılar – Qlobal Plan İşçi Qrupunun sədri və iştirakçı ölkələrin səhiyyə nazirləri təəssüf hissi ilə qeyd ediblər ki, vərəm dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və hər gün 4100-dən çox insan bu xəstəlikdən vəfat edir. Toplantının “Vərəmlə mübarizənin

31-05-2022, 10:53

Teymur Musayev: "Xüsusi karantin rejiminin tamamilə aradan qaldırılmasına tələsməməliyik"

Ölkəmizdə xüsusi karantin rejiminin tamamilə ləğv olunması məsələsində tələskənliyə yol verməmək, gözləmək məsləhətdir. Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə müsahibəsində deyib. “Məlumdur ki, ölkəmizdə qapalı məkanlarda maska istifadəsi tələbi ləğv olunub. Demək olar ki, xüsusi karantin rejiminə dair çox az sayda məhdudiyyətlər qalıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klügenin ölkəmizə səfəri zamanı da bununla bağlı müzakirələr aparılıb. O da

31-05-2022, 10:52

Səhiyyə Nazirliyində ÜST-nin ölkə ofisinin rəhbəri Hande Harmancı ilə görüş olub

Azərbaycan hökuməti ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında əməkdaşlıq çərçivəsində Səhiyyə Nazirliyində ÜST-nin ölkə ofisinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səhiyyə naziri Teymur Musayev ölkəmizin ÜST kimi nüfuzlu bir təşkilat ilə 1992-ci ildən sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ötən müddət ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb,

31-05-2022, 10:50

Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin görüşü olub

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iştirakçıları salamlayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Azərbaycanın ÜST-nin beynəlxalq təşəbbüslərinin həyata keçirilməsinə mühüm töhfə verdiyini qeyd edib, beynəlxalq konfransın işinə uğurlar arzulayıb. Səhiyyə naziri Teymur Musayevin

31-05-2022, 10:47

Milli Məclisin plenar iclaslarında səhiyyəyə dair qanunlar qəbul olunub

Milli Məclisin yaz sessiyasında keçirilmiş növbəti plenar iclaslarında səhiyyəyə dair bəzi məsələlərə baxılıb. May ayındakı ilk iclasda parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, həmin qanunların müvafiq maddələrində "müdafiə sistemi" sözlərinin "xidmət" sözü ilə, "tibbi yardım"

31-05-2022, 10:45

Səhiyyə naziri və nazirliyin kollegiya üzvləri Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Səhiyyə Nazirliyinin kollegiya üzvləri Fəxri xiyabanda ulu öndərin xatirəsinə ehtiramlarını ifadə edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər

31-05-2022, 10:40

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib

Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının (PA) “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusuna həsr olunmuş Üçüncü Ümumi Konfransı keçirilib. Parlamentin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının Milli Assambleyasına İƏT PA-ya uğurlu sədrliyinə, Assambleyanın təsisatlandırılması baxımından gördüyü işlərə görə minnətdarlığını bildirib. İƏT PA-nın Baş katibi Tahir Hüsseyn diqqətə çatdırıb ki, tədbirdə qurumun İkinci Ümumi

31-05-2022, 10:36




Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova