Ötən il Azərbaycanda göyöskürək və malyariya qeydə alınmayıb

Ötən il Azərbaycanda göyöskürək və malyariya qeydə alınmayıb

Ötən il ölkəmizdə qeydə alınmış xəstəliklər arasında tənəffüs sistemi xəstəlikləri, bəzi infeksion və parazitar xəstəliklər, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin patologiyaları, göz və gözün əlavə aparatının xəstəlikləri, eləcə də qan və qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.
Bu barədə AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla məlumat verib.
Bildirilib ki, keçən il inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqlar yoluxucu xəstəliklərin profilaktikası məqsədilə 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd ediliblər. Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğvinə nail olunub.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə hepatit A ilə xəstələnmə halları 30,3 faiz, yuxarı tənəffüs yollarının çoxsaylı və ya qeyri-müəyyən lokalizasiyalı kəskin infeksiyaları 28,3 faiz, qazanılmış immunçatışmazlığı virusu ilə yoluxma 20,6 faiz, qonokokk infeksiyası ilə 13,3 faiz, viruslu hepatit B ilə yoluxma 9,1 faiz azalıb.
Göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.
Dövlət Statistika Komitəsindən verilən məlumatda həmçinin qeyd olunub ki, COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 2020-ci ildə başlayan zəruri qabaqlayıcı və profilaktik tədbirlər 2022-ci ildə də davam etdirilib.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova