İSİM-də təbabət üzrə elmi tədqiqatların və innovasiyaların təşviqi müzakirə edildi

İSİM-də təbabət üzrə elmi tədqiqatların və innovasiyaların təşviqi müzakirə edildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən İSİM-in direktor müavini Rahib Məmmədov bildirib ki, müasir dövrdə qarşıda duran ən aktual məsələlərdən biri milli səhiyyə sisteminin bütün səviyyələrində inkişafın innovativ yönümlü olması, innovasiyaları stimullaşdırmaq üçün yanaşmaların, elmi tədqiqatların hazırlanması və təşviqidir.
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov elmi tədqiqatların təşviqi proqramı, onun məqsəd və vəzifələri, o cümlədən klinik tədqiqatların təşkili və GCP sertifikasiyası barədə geniş təqdimatla çıxış edib. O, İSİM tərəfindən həyata keçirilən sorğu və tədqiqatlar haqqında ətraflı məlumat verib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa üzrə Regional Ofisinin 2022-ci ildə Azərbaycanda aparılan Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə bağlı çıxış edən İSİM-in İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
İSİM-in əməkdaşı Səbinə Babazadə çıxış edərək, ÜST-nin qəbul etdiyi metodologiya üzrə Azərbaycanda keçirilən “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” (HBSC) və onun nəticələri barədə konfrans içtirakçılarına məlumat verib.
Daha sonra xarici ekspertlərin “Zoom” platforması üzərindən onlayn məruzələri dinlənilib. ÜST-nin Regional Ofisinin nümayəndəsi Mark Katz “Tədqiqatlar nəyə görə lazımdır?”, Ceyson Maknayt “Beynəlxalq jurnallardakı nəşrlərdə uğur qazanmaq üçün məsləhətlər” mövzularında çıxış ediblər. Digər xarici ekspertlər Ceyson Doran “Kommunikasiya araşdırması”, Madelin Rokas “Vaksin effektivliyi: konsepsiya və analiz” mövzularında danışıblar.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova