Kardiologiya üzrə mühazirə kursu keçirilir
Azərbaycan Kardiologiya Cəmiyyəti həm kardiologiya, həm də digər ixtisaslar üzrə təhsil alan bütün rezidentlər üçün mühazirə kursuna başlayıb.30-03-2015, 16:40
Azərbaycan Kardiologiya Cəmiyyəti həm kardiologiya, həm də digər ixtisaslar üzrə təhsil alan bütün rezidentlər üçün mühazirə kursuna başlayıb.30-03-2015, 16:40
Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda travmatologiya-ortopediya ixtisası üzrə rezidentlər üçün davamlı olaraq təşkil edilən seminarlar silsiləsindən növbəti tədbir keçirilib. Uzman həkim, travmatoloq-ortoped Fərhad Verdiyevin "Bazu oynağı sınıqları: diaqnostika və müalicə üsulları" mövzusunda interaktiv mühazirəsinin ardından seminar müzakirələrlə davam etdirilib, rezidentlərin çoxsaylı sualları cavablandırılıb.30-03-2015, 16:26
Mərkəzi Neftçilər Xəstəxanasında həftənin cümə günləri müxtəlif ixtisaslar üzrə rezidentlər üçün mühazirələr təşkil olunur. “LOR orqanları xəstəlikləri zamanı konservativ və cərrahi müalicəyə göstərişlər”, “Tibbi etika və deontologiyanın əsasları”, “Anesteziоlоji (cərrahi) riskin müəyyənləşdirilməsi” “Müxtəlif etiologiyalı komalar, insult” və digər mövzular ətrafında keçirilən mühazirələrdə bütün klinik bazaların rezidentləri iştirak edə bilərlər.30-03-2015, 16:24
Kardiologiya üzrə mühazirə kursu keçirilirGəncədə bölgənin 10-a yaxın şəhər və rayonundan 100-ə qədər həkim-pediatrın iştirakı ilə “Tibbin müasir aspektləri” mövzusunda regional elmi-praktik konfrans keçirilib. Tədbirdə “Kəskin revmatik qızdırma: klinika, diaqnostika, müalicəyə dair müasir yanaşmalar”, “Xroniki ürək çatışmazlığı və arterial hipertoniyanın müalicəsində aldosteron antaqonistlərin istifadəsinə müasir baxış” və “Respirator distress sindrom” mövzularında məruzələr dinlənilib, yerli30-03-2015, 16:15
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bütün ölkə ərazisində əhalinin dispanserizasiyası aparılır.30-03-2015, 16:13
Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) demensiya ilə mübarizəyə həsr edilən birinci konfransı keçirilib. Cəmiyyətin demensiya barədə məlumatlılığını artırmaq, bütün ölkələri milli və dünya səviyyəsində bu xəstəliyə qarşı mübarizəyə çağırmaq məqsədi daşıyan tədbirdə ÜST-nin Baş Direktoru Marqaret Çan deyib: “Əgər bəşəriyyət demensiyanı qlobal siyasi gündəliyə salmaq barədə kollektiv öhdəlik götürsə, bu xəstəliyin sosial-iqtisadi yükünü azaltmaq olar. Biz təkcə bu sindromun müalicəsinin30-03-2015, 16:00
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, 2015-ci ilin fevral ayı ərzində ölkənin sanitariya-epidemioloji xidmət orqanları yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibkarını inzibati qaydada cərimə edib, həmçinin 5 obyektin istismarının30-03-2015, 15:43
ATU-da bu mövzuda beynəlxalq praktik seminar keçirilib Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında keçirilən “Qan və qan komponentlərinin hazırlanmasında müasir texnologiyalar” mövzusunda beynəlxalq praktik seminarda iştirakçıları salamlayan ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov tədbirin əhəmiyyətindən danışıb, müasir dövrdə inkişaf etmək, uğur qazanmaq üçün dünya təcrübəsindən faydalanmağın vacibliyini vurğulayıb. Qan və qan30-03-2015, 13:23
Azərbaycanda həbsxanalarda həyata keçirilən vərəm əleyhinə proqram bu xəstəliyin yayılmasının qarşısını sürətlə alır. Bu fikir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırladığı, xüsusi olaraq Azərbaycan təcrübəsinə həsr olunan məlumatında qeyd edilir. Yazıda bildirilir ki, Azərbaycanda son 10 ildə vərəm xəstələrinin sayı kəskin azalıb. Həbsxanalarda bu xəstəliklə mübarizə xüsusi diqqətdə saxlanılır. “Cəzaçəkmə yerlərində vərəmi üzə çıxarmaq üçün biz son on ildə daim fəal çalışmışıq. Məhbuslar30-03-2015, 12:45
Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının müdiri, tibb elmləri doktoru, Əməkdar Həkim Sabir Elbruslunun rəhbərlik etdiyi, aparıcı neyrocərrahlardan ibarət həkim briqadası Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında vətəndaşları qəbul edərək tibbi müayinələr aparıb. Aksiya zamanı 100-dən artıq vətəndaş həkim müayinəsindən keçirilib, on nəfərdən artıq sakin cərrahiyyə əməliyyatı üçün Bakıya göndərilib.5-03-2015, 15:11