"Qan və qan komponentlərinin hazırlanmasında müasir texnologiyalar”

"Qan və qan komponentlərinin hazırlanmasında müasir texnologiyalar”

ATU-da bu mövzuda beynəlxalq praktik seminar keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında keçirilən “Qan və qan komponentlərinin hazırlanmasında müasir texnologiyalar” mövzusunda beynəlxalq praktik seminarda iştirakçıları salamlayan ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov tədbirin əhəmiyyətindən danışıb, müasir dövrdə inkişaf etmək, uğur qazanmaq üçün dünya təcrübəsindən faydalanmağın vacibliyini vurğulayıb. Qan və qan komponentlərinin hazırlanması texnologiyalarının son illər sürətlə inkişaf etdiyini söyləyən rektor bildirib ki, əgər bir neçə il əvvəl əsasən tam qandan istifadə edilirdisə, hazırda vacib olan ayrı-ayrı qan komponentlərinin tətbiqi sahəsində sanballı uğurlar qazanılıb.
Sonra həm Azərbaycandan, həm də Türkiyə, Tacikistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan yüksək ixtisaslı mütəxəssislərin yeni cihazların tətbiqi ilə bağlı slaydlar vasitəsilə “Protokollar və “Spectra Optia” cihazının imkanları”, “Yayılmış mieloma xəstələri üçün mononuklearın toplanmasının qiymətləndirilməsi prosedurları”, “Ekstrakorporal fototerapiya”, “Qan emalı köməkçi aparatı ilə plazmoferez” mövzularında məruzələri dinlənilib, suallar cavablandırılıb, həmçinin praktik iş aparılıb.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova