MNX-da rezidentlər üçün mühazirələr
Mərkəzi Neftçilər Xəstəxanasında həftənin cümə günləri müxtəlif ixtisaslar üzrə rezidentlər üçün mühazirələr təşkil olunur. “LOR orqanları xəstəlikləri zamanı konservativ və cərrahi müalicəyə göstərişlər”, “Tibbi etika və deontologiyanın əsasları”, “Anesteziоlоji (cərrahi) riskin müəyyənləşdirilməsi” “Müxtəlif etiologiyalı komalar, insult” və digər mövzular ətrafında keçirilən mühazirələrdə bütün klinik bazaların rezidentləri iştirak edə bilərlər.