Gəncədə regional elmi-praktik konfrans keçirildi
Kardiologiya üzrə mühazirə kursu keçirilirGəncədə bölgənin 10-a yaxın şəhər və rayonundan 100-ə qədər həkim-pediatrın iştirakı ilə “Tibbin müasir aspektləri” mövzusunda regional elmi-praktik konfrans keçirilib. Tədbirdə “Kəskin revmatik qızdırma: klinika, diaqnostika, müalicəyə dair müasir yanaşmalar”, “Xroniki ürək çatışmazlığı və arterial hipertoniyanın müalicəsində aldosteron antaqonistlərin istifadəsinə müasir baxış” və “Respirator distress sindrom” mövzularında məruzələr dinlənilib, yerli həkim-pediatrların sualları cavablandırılıb.