Zemfira Topçubaşovanın tibb elmindəki misilsiz xidmətləri unudulmayacaq

Zemfira Topçubaşovanın tibb elmindəki misilsiz xidmətləri unudulmayacaq

Respublika Perinatal Mərkəzində Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-profilaktika fakültəsinin I Mamalıq-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, prezident təqaüdçüsü Zemfira Topçubaşovanın xatirə gecəsi keçirilib.
Tədbirdə çıxış edən mərkəzin direktoru, Səhiyyə Nazirliyinin mamalıq-ginekologiya üzrə baş mütəxəssisi Sevinc Məmmədova Z.Topçubaşovanın həyat və fəaliyyətindən danışıb. O bildirib ki, ömrünün 60 ildən çoxunu tibb təhsilinə həsr edən Əməkdar müəllimi ölkəmizin, demək olar ki, bütün bölgələrində tanıyırdılar.
Sonra çıxış edən ATU-nun I Mamalıq-ginekologiya kafedrasının müdiri, Əməkdar həkim Elmira Əliyeva, kafedranın professoru Şahbaz Şahbazov və digərləri öz xalqını, Vətənini sevən əvəzolunmaz həkimin Azərbaycanın tibb elmində rolundan, əvəzsiz xidmətlərindən bəhs ediblər. Çıxış edən hər kəs onun xatirələrdə yaşayacağını, misilsiz xidmətlərinin unudulmayacağını söyləyib.
Daha sonra təvazökar və fədakar xanıma həsr olunmuş videorolik nümayiş etdirilib.
Sonda Z.Topçubaşovanın ailə üzvləri anım gecəsinin keçirilməsinə görə təşkilatçılara öz minnətdarlığını bildiriblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova