Yaponiya ilə münasibətlər inkişaf edir

Azərbaycanla səhiyyə sahəsində əməkdaşlıqda maraqlı olan Yaponiyanın JGC şirkətinin nümayəndələri növbəti dəfə ölkəmizə gəliblər.
Səfər çərçivəsində Səhiyyə Nazirliyinin bir sıra vəzifəli şəxsləri ilə görüşlər keçirilib. Görüş beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi, müvafiq qurumlar arasında əməkdaşlıq və anlaşma Memorandumunun imzalanması sahəsində mühüm addım olub.
Həmçinin Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində olan qonaqlar dərman istehsalı sahəsində lazımi istehsal praktikası (GMP) standartları məsələlərini müzakirə ediblər. Qeyd edək ki, JGC şirkətinin nümayəndələri bundan əvvəl də iki dəfə ölkəmizə səfərə gəlmiş və GMP mövzusunda seminarlar keçirmişdilər.
Səfər yalnız rəsmi xarakter daşımayıb. Yaponiyanın Azərbaycandakı səlahiyyətli səfiri Teruyuki Katorinin xanımı Noriko Katori və JGC şirkətinin nümayəndəsi Masatoşi Takematanın Analitik Ekspertiza Mərkəzinin əməkdaşları üçün təşkil etdiyi seminarlar qarşılıqlı müzakirələr şəraitində keçib.
Xəbəri paylaş