“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin iştirakçılarına Hörmətli konqres iştirakçıları! Sizi – Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimi qəlbdən salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə nailiyyətlər arzulayıram. “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin təşkilinin artıq ənənəvi şəkil alması onun kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafı sahəsində nüfuz qazandığını göstərir. Azərbaycan xalqının ümummilli
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli “IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamına uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyevin “2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Oyunlarının tibbi təminatı barədə” əmri ilə bu tədbirə tibb xidmətini yüksək səviyyədə təşkil etmək məqsədi ilə müvafiq Təşkilat Komitəsi yaradılıb. Həmin əmrə əsasən, yarış iştirakçıları və qonaqlara tibbi
1 saylı “ASAN xidmət” Mərkəzində “Tütündən imtina səyyar kabineti” layihəsi həyata keçirilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) eyniadlı layihəsi çərçivəsində icra olunan, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), İSİM və ASAN Könüllüləri Təşkilatının birgə təşkil etdiyi aksiya 3 gün davam edib. Həmin müddətdə “Tütündən imtina səyyar kabineti”nə müraciət edən vətəndaşlara
Azərbaycan 2013-cü ildə malyariyaya qalib gəlib. Belə ki, həmin ildən bu günə kimi ölkəmizdə bu xəstəliyə yerli yoluxma halları qeydə alınmayıb. Bu xüsusilə ona görə əlamətdardır ki, bundan cəmi 15 il əvvəl ölkə səhiyyəsi malyariya epidemiyası ilə üzləşmişdi. Bu infeksiyaya qarşı mübarizə istiqamətində görülmüş işlər, əldə olunan uğurlar barədə 25 Aprel – Ümumdünya Malyariya ilə Mübarizə günü münasibətilə keçirilən mətbuat konfransında danışılıb. Respublika Gigiyena və Epidemiologiya
Bakıda Almaniya, İsveçrə və Türkiyədən 15-ə yaxın professor və ekspertin, eləcə də müxtəlif ölkələrdən bir çox nümayəndənin iştirakı ilə III Beynəlxalq Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirilib. Toplantını açan Elmi Cərrahiyyə Mərkəzinin elmi katibi, tibb üzrə fəlsəfə doktoru Qurbanxan Müslümov bildirib ki, cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya və ginekologiyanın aktual məsələlərinə həsr olunan Bakı konqresi davamlı tibb təhsili verən beynəlxalq tədbir kimi tanınıb və bu
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində Azərbaycan Tibb Universiteti (ATU) Hərbi tibb fakültəsinin yeni tədris binası istifadəyə verilib. Açılış mərasimində Müdafiə Nazirliyinin rəhbər heyəti və ATU-nun rektoru, professor Gəray Gəraybəyli iştirak ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov təhsilin yüksək səviyyədə təşkil
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi, bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqi məqsədi ilə treninqlərə başlanılıb. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən treninqlər “Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım” İctimai Birliyi tərəfindən aparılır. Treninq tibb işçilərinin öz hüquq və vəzifələrini bilməsi, həmçinin pasiyent hüquqlarını da lazımi səviyyədə öyrənməsi, onlarla düzgün ünsiyyət
Səhiyyə Nazirliyi “Koxlear implantasiya əməliyyatları aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya”ya müraciət edən ailələrin, əməliyyat və ondan sonrakı dövrdə reabilitasiya məsələləri ilə bağlı məlumatlandırılması üçün xüsusi məktəb təşkil edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında keçirilən ilk dərslərdə tibb üzrə fəlsəfə doktoru A.Abbasova
Son illər uşaqlar arasında inkişaf problemlərinin və autizm spektr pozulmalarının rastgəlmə tezliyinin artması və erkən diaqnostikası həmin məsələyə yeni münasibət tələb edir. Bunu nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Uşaq psixi sağlamlıq və inkişaf mərkəzi açılıb. Yeni mərkəzin rəhbəri Nigar Sədiyeva fəaliyyətlərinin təkcə klinik deyil, elm və tədris sahəsində də olacağını bildirib: “Mərkəzdə uşaqların inkişaf problemlərinin, pediatrik və psixi
Mərkəzi Elmi Kitabxanada bu mövzuda təlim keçilib Ölkəmizdə təşkil olunan böyük idman və mədəniyyət tədbirləri ərəfəsində geniş kütlələrin ilkin tibbi yardım göstərmək bacarığının olması məsələsi daim aktuallaşır. Bu baxımdan, IV İslam Həmrəyliyi Oyunları da istisna olmayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyi