Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsi davam edir

Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsi davam edir

2015-ci ildə Ailə Məcəlləsində edilmiş dəyişikliklərə müvafiq surətdə həmin il iyunun 1-dən nikaha daxil olmaq istəyənlər tibbi müayinədən keçirlər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin vaxtdan bu il aprelin sonuna qədər müvafiq tibbi müayinələrdən 268 174 nəfər keçib. Təkcə aprel ayı ərzində isə 9 653 nəfər müayinə olunub.
Ötən müddətdə müayinələrdən keçən cütlüklərin əksəriyyətinin sağlamlıq vəziyyəti ümumən qənaətbəxş olub. Bununla belə, nikaha daxil olmaq istəyənlərin bəzilərində talassemiya daşıyıcılığı və müxtəlif xarakterli infeksiyalar aşkar edilib. O cümlədən, aprel ayı ərzində müayinədən keçən 301 nəfərdə talassemiya daşıyıcılığı, 40 nəfərdə sifilis, 7 nəfərdə isə İİV infeksiyası aşkar olunub.
Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə, Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində, pulsuz həyata keçirilir.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova