Səhiyyə qanunvericiliyinə dəyişikliklər edildi

Səhiyyə qanunvericiliyinə dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin səhiyyə ilə bağlı bəzi qanunlarda dəyişiklik edilməsi ilə əlaqədar qəbul etdiyi sənədləri təsdiqləyib.
O cümlədən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun tətbiqi ilə əlaqədar “Dərman vasitələri haqqında” Qanunda bəzi dəyişikliklər edilib.
Dövlət başçısı yeni Qanunun tətbiqi haqqında Fərman da imzalayıb. Bu sənədə əsasən, Nazirlər Kabinetinə qanunvericiliyin bu dəyişikliklərə uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlamaq tapşırılır. Həmçinin müəyyən edilir ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
Milli Məclisin qəbul etdiyi “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə daha bir Qanun onu İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi daşıyır. Bu sənədə əsasən Qanuna əlavə olunan 4.8-ci maddədə bəyan edilir ki, normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu Qanunun tətbiqi haqqında Sərəncam imzalayıb.
Daha bir dəyişiklik “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna edilib. Belə ki, onun 53-cü maddəsinin üçüncü hissəsinə “həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının sorğusu ilə” sözləri əlavə edilib.
Dövlət başçısı bu Qanunun tətbiqi ilə əlaqədar olaraq, "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun tətbiqi barədə əvvəllər verdiyi fərmanlara dəyişiklik edilməsi haqqında Fərman da imzalayıb.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova