ÜST kütləvi yoluxma yolu ilə koronavirusa qarşı kollektiv immunitet strategiyasını tənqid edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində kütləvi yoluxma yolu ilə kollektiv immunitet strategiyasının yolverilməz olduğu barədə xəbərdarlıq edib. Təşkilatın rəhbəri Tedros Adhanom Gebreyesus Cenevrədə pandemiyanın lap əvvəlindən tez-tez gündəmə gələn bu mövzu barədə tənqidi fikirlər səsləndirib. O bildirib ki, dünya səhiyyəsi tarixində heç zaman yoluxma yolu ilə kollektiv immunitet hansısa epidemiyanın qarşısının alınması üçün istifadə edilməyib26-11-2020, 09:57




