ÜST: Pandemiya vərəmlə mübarizəni çətinləşdirdi

ÜST: Pandemiya vərəmlə mübarizəni çətinləşdirdi

COVID-19 pandemiyasına qədər bir çox ölkələr vərəmlə mübarizə sahəsində öz göstəricilərini ardıcıl olaraq yaxşılaşdırırdı. Son 4 ildə yoluxma sayı 9 faiz, ölüm göstəricisi isə 14 faiz azalmışdı. Ancaq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən məlumata görə, koronavirusun yayılması bu il qarşıda qoyulan vəzifələrin yerinə yetirilməsinə imkan verməyəcək.
ÜST bildirir ki, keçən il 1,4 milyon insan vərəmlə bağlı xəstəliklərdən dünyasını dəyişib. Hesabat dövründə bu infeksiyaya 10 milyon insan yoluxub, 3 milyon halda diaqnoz ya qoyulmayıb, ya da səlahiyyətli orqanlara bu barədə məlumat verilməyib.
Dərmanlara davamlı vərəm xəstələri daha təhlükəli vəziyyətdədir. Onların sayı bir il ərzində 465 min artıb və yeni yoluxmuş şəxslərdən yalnız 40 faizi müalicə alır. Vərəmin profilaktikası sahəsində də göstəricilərin azalması qeyd olunur. “Hələ də hər kəs vaxtında diaqnoz qoyulmasına və vərəmin səmərəli müalicəsinə bərabər çıxış əldə edə bilmir”, - deyə ÜST rəhbəri Tedros Adhanom Gebreyesus bildirib. Onun sözlərinə görə, 2022-ci ildə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün daha çox səy göstərmək lazımdır: “2018-2019-cu illərdə 14 milyon insan bu xəstəlikdən müalicə alırdı, bu, 2018-ci ildən 2022-ci ilədək əldə edilməsinə qərar verilən göstəricilərin yalnız üçdəbiridir. Eyni müddət ərzində təqribən 6,3 milyon insan profilaktik proqramlara çıxış əldə edib - 2022-ci ilə qədər onların sayı 30 milyona çatmalıdır.
Əsas problemlərdən biri maliyyələşmə olaraq qalır. Bu il qlobal miqyasda infeksiyaya qarşı mübarizəyə 6,5 milyard dollar ayrılıb, halbuki dövlət başçıları tərəfindən qəbul edilmiş Vərəm üzrə Siyasi Bəyannaməyə əsasən bu məbləğ 13 milyard dollar təşkil etməli idi. Pandemiya və tibbi xidmətlərin işində onunla əlaqəli fasilələr gecikməni artırdı, xəstələnmə statistikalarını toplamaq və idarə etmək üçün maneə törətdi. Belə ki, cari ilin ilk altı ayı ərzində ən çox vərəm xəstəsi olan üç ölkədə – Hindistan, İndoneziya və Filippində keçən ilin analoji dövrü ilə müqayisədə yeni halların sayı üçdəbir qədər azalıb”.
ÜST xəbərdarlıq edir ki, diaqnostikadakı bu cür boşluqlar bu xəstəlikdən ölümün kəskin artmasına səbəb ola bilər. Mütəxəssislər vəziyyəti düzəltməyə yönəlmiş müxtəlif tədbirləri, o cümlədən rəqəmsal texnologiyaların istifadəsini təklif edirlər.
“Ölkələr, vətəndaş cəmiyyətinin nümayəndələri və digər tərəfdaşlar həm vərəmlə, həm də COVID-19-la mübarizədə ehtiyacı olanları təmin etmək üçün pandemiya qarşısında güclərini birləşdirirlər”, - deyə ÜST-nin vərəm üzrə qlobal proqramının direktoru Tereza Kaseva bildirib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova